Paşa, sənə nişan verim Qıratı,Əbrişim ipəkdən yalı gərəkdi.Bir mina boyunlu, uca sağrılı,Bir yarım hoqqadan nalı gərəkdi.

Armıdı dırnaqlı, hündür boyunlu,Meydana girəndə yüz min oyunlu,Dəyirman mədəli, ac qurd yeyimli,Ortası qulana dolu gərəkdi.

Qaranlıq gecədə yol çaşırmayan,Düşman qabağında ər düşürməyən,Üstündə əl-ayaq yığışılmayanKoroğlunun atı dəli gərəkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets