Meydan mənimdir
Məndən salam olsun əcəm oğluna,Meydana girəndə meydan mənimdir.Qıratım köhləndir, özüm mərdanə,Çalaram qılıncı, düşmən mənimdir.
Meydana girəndə meydan tanıram,Haqqın vergisini hər an qanıram.Əl verirsə, İran, Turan xanıyam,Zəbt etmişəm, indi Yəmən mənimdir.
Adımı soruşsan, Rovşən Aloğlu,Atamdan, babamdan cinsim Koroğlu.Aldım Hələb, Qeysər, şəhr İstanbulu,Gün doğandanla gün batan mənimdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-meydan-menimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Bu qələm qiyam üçündürBu qozun üzü gənəkdir - bu qoz üç badam üçündür,Bu bizə tanış ritmdir, bu ritm avam üçündür.
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi