Titrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?Dolaşmır dəhanda söhbətim, sözüm,Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,Kor ömür qılmcı, polad libası.Gəlib bic eyyamı, namərd dünyasıMənmi qocalmışam, ya zəmanəmi?

Belə zaman hara, qoç igid hara?Mərdləri çəkirler namərdler dara,Baş əyir laçınlar, tərlanlar saraMənmi qocalmışam, ya zəmanəmi?

Axır əcəl gəldi, yetdi hay, yaray,Çəkdiyim qovğalar bitdi hay, haray.Tüfəng çıxdı, mərdlik getdi hay, harayMənmi qocalmışam, ya zəmanəmi?

Koroğluyam, Qırat üstə gəzərdim,Müxənnətlər başın vurub əzərdim.Nərələr çəkərdim, səflər pozardımMənmi qocalmışam, ya zəmanəmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets