Mənəm
İstərəm ki, tanıyasan mən mərdi,Çəkib şəhərləri taladan mənəm,Dava günü iyid bəhsi düşəndə,Cidanı çidaya çaladan mənəm.
Səynrdnb Qıratı, kirrəm meydana,Qızıb çəng elərəm mərdi-mərdana,Hoy-hoy ilə qılınç çəkİb düşmana,Leşi leş üstündə qaladan mənəm.
Koroğluyam, mən qovğadan doymaram,Qisasımı bəj, paşada qoymaram,Qovğa günü yüz namərdi saymaram,Mərdə öz qanını yaladan mənəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-menem
Use ← → keys to move, R for a random poem
More by this author
Günlərin bir günü Koroğlunun aşığı Cünun Ərzuruma gəlmişdi.Cəfər paşanın məclisində oxuyurdu. Söhbət arasında Cəfər paşa dedi:
Durna teliEyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi. Tay ürəyində heç bir dərdi yox idi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğul bir yanında, bəylərə, paşalara qan udduran dəlilər də ki, gözünün qabağında. Kef, ləzzət, damaq biridi ki, o da Nigardaydı.Hərdən Çənlibelin laləli, nərgizli ətəklərinə baxıb öz-özünə deyirdi: "Görəsən bütün arvadların arasında heç mənim kimi xoşbaxtı varmı?".
Koroğlunun Rum səfəriAşıq Cünun gəzə-gəzə gəlib Rum elinə çatdı. Küçələri gəzirdi, birdən-birə küləfirəngidə bir gözəl gördü. Aşıq gözü ilə buna bir nəzər salıb baxdı ki, vallah qız nə qız. Gözlər qara, qaşlar kaman, dişlər mirvari, dodaqları yaqutun kənarı kimi. Tellər qara, xallar qara, gözlər elədi, elədi ki, dərd əhlinə gəlgəl deyir.Cünunun ağlı başına vurub dayanıb ona tamaşa eləmyə başladı.Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım.Məhbub xanım baxdı ki, çiynində sazı olan bir aşıq küçədə durub ona baxır.
Koroğluynan Bolu bəyXotkar bütün paşalara hökm eləmişdi ki, Koroğlunu ya öldürsünlər, ya diri tutub onun yanına göndərsinlər.Paşalar bu işdən yaman əl-ayağa düşmüşdülər. Hasan paşanın da canını qorxu almışdı.