Dəlilərim, bu gün dava günüdü,Müxənnət öIkəsİ talanmaq gərək!Qoç igidlər yarasından bəllənər,Şərbət tək qanına yalanmaq gərək!

Mərd igidlər nərə çəksin davada,Şahin kimi şikar tutsun yuvada,Misri qılınc cövlan vursun havada,Bağırsaq cəmdəyə dolanmaq gərək!

Koroğlu içəndə düşmən qanını,Mərd meydanda nərəsindən tanını,Qırın vəzirini, tutun xanınıLeş-leşin üstünə qalanmaq gərək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets