Bu dünyanı ələk-vələk eylədim,Namusu, qeyrəti atan görmüşəm.Anasının əmcəyini kəsənnən,Elini-gününü satan görmüşəm.

Ürəyə həkk olan ləkədəndimi?Şeytanın verdiyi tikədəndimi?Heç kəs bilməz qovğasını, fəndini,Şərbətlərə zəhər qatan görmüşəm.

Fələyin xəlbirin versələr mana,Qoymazdım od düşə ota, samana.Nuhun tufanına dönüb zamana,Birin çıxıb, minin batan görmüşəm.

Aşıq Cünun nərə üstə saz çalar,Dastanında yüz igidin adı var.Qılıncla Koroğlu, tədbirlə Nigar,Neçə savaşları udan görmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets