Şad ol, könül, nə məlulsan
Keçər dövran belə qalmaz,Şad ol, könül, nə məlulsan?!Dəlilərim salam almaz,Şad ol, könül, nə məlulsan?!
Geydiyim igid kürküdü,Dünya Süleyman mülküdü,Dövlət ki, var, əl çirkidi,Şad ol, könül, nə məlulsan?!
Koroğluyam, deyim sənə,Od tutub alışdı sinə,Aşıqlığım bəsdi mənə,Şad ol, könül, nə məlulsan?!
Kitabxana.az · https://kitabxana.az/en/works/xalq-sad-ol-konul-ne-melulsan
Use ← → keys to move, R for a random poem
More by this author
Çənlibelin qarlı uca dağları, sıldırım qayaları ağ buludların bağrını deşirdi.Dağlar arasında yerləşən Çənlibel Koroğlunun məskəni idi.
Koroğlunun Dərbənd səfəriDəmirqapı Dərbənddə bir Ərəb paşa var idi. Ərəb paşanın Möminə adlı bir gözəl qızı var idi.Möminə xanım Koroğlunun adını, iyidlik tərifini eşitmişdisə də, ancaq üzünü görməmişdi.
Zərnişan xanımın Çənlibelə gəlməyiBəli, ustad dili mübarək olar. İndi sizə hardan xəbər verim, kimdən xəbər verim, Çardaxlı Çənlibeldə Qoç Koroğludan.Koroğlunun kefi kök, damağı çağ idi. Oğulları Eyvazla Həsən sağsolunda qoluna qüvvət, dizinə taqət, gözünə işıq idi.
Hasan paşanın Çənlibelə gəlməyiQasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı.Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər: