Mərd igidlər, dava günü gəlibdi,At sürüb meydana çıxan gündü bu.Müxənnətlər tər savaşa varıbdı,Vuruban atından yıxan gündü bu.

Comərd igid heç qaçarmı meydandan?Qılınc çəkib hayıf alaq düşmandan!Qorxaq kəslər boyun əyib pünhandanSinilib xəlvətdən baxan gündü bu.

Qoç Koroğlu, qılınc götür dəstinə!Müxənnət paşalar dolub qəsdinə,Qarı düşman hücum edib üstünə,Nizəni gözünə soxan gündü bu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets