Sənə deyim, aşıq Cünun,Gözlərimdə yaş inildər.Bir igid oğul ucundan,Şeş atanda beş inildər.

Telli Nigar məlul durar,Əl qoynunda boynun burar.Müjganın sinəyə vurar,Göz oxşayar, qaş inildər.

Könlümü namərdlər yıxsa,Polad qolçaq qolum sıxsa.Misri qılınc qından çıxsa,Leş sərilər, baş inildər.

Coşdu, dəli könül coşdu,Mövc verdi, kəllədən aşdı.Bir meşəyə ki, od düşdü,Quru yanar, yaş inildər.

Koroğluyam, sözüm çoxdu,Sözlərim peykanlı oxdu.Hansı igidin sonu yoxdu,Ocaq sönər, daş inildər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets