Oğluma xitab (Ey oğul, əksəri-zənani-cahan)
Ey oğul, əksəri-zənani-cahanƏrinin mərginə olur nigəran.Düşər ol şum bu təmənnayə –Ki, gedə şayəd ondan əlayə.Etsə hər sadəru cəvanə nəzər,Bu mənə kaş ola deyər şövhər!Nə gözəl bığ çəkib binaguşə,Məni hər şəb çəkəydi ağuşə!Odu kim, etdi qadiri-əllamMərdi-biganəni zənanə həram.Xoş deyil gərçi mərd övrətsiz,Fel yoxdur cahanda hikmətsiz.Leyk lazımdır eyləmək diqqət,Övrət olmaz ricalə hər övrət.Zən gərək xanədani-ismətdən,Əhli-təqvavü əhli-iffətdən.Çox da hüsnü cəmalə etmə nəzər,Səni allatmasın zərü zivər.Bu əməl sünnəti-müəkkəddir,Rövnəqi-dini-paki-Əhməddir.Dedi: – Təzvicə etməyən rəğbətHiç şək yox, deyil mənə ümmət,Buyurub: – Ümmətim, qılın təzvic,Dini-islamə artırın tərvic.Sizdə təzvicə inqiyad olsun,Həşrdə ümmətim ziyad olsun.Ümmətin çoxluğu baharımdır,Olsa da siqt, iftixarımdır.İzdivac ilədir bəqayi-bəşər,Növi-insani ol ziyad eylər.Çoxdu bu babdə hədisü xəbər,Ey oğul, tapşırıbdu peyğəmbər.İxtiyar eyləsən əgər övrət,Gözümün nuru, eylə çox diqqət.Ta ki baqqal tək o məkkarəÇəkməsin nəşüvü sənin darə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ogluma-xitab-ey-ogul-ekseri-zenani-cahan
Use ← → keys to move, R for a random poem
More by this author
Tökülür gözlərimin, xəttini görcək, yaşi,Çox təəccübdü bulud səbzədən olmuş naşi.
Ta könül seydinə səyyad o gözü qaş olduTa könül seydinə səyyad o gözü qaş oldu,Aləmə razi-nihanım dağılıb faş oldu.
Ta niqab arizinə zülfi-dütadən saldıTa niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.
Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydıNolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.