Gördüm
Gedirdim güzarım düşdü bulağa,Ovçu bərəsində maralı gördüm.Yatır, inildəyir, durub boylanır,Bir neçə yerindən yaralı gördüm.
Zalım ovçu onu alıb nişana,Dəlib ürəyini, boyayıb qana,Yıxılıb çevrilir o yan bu yana,Kəsilibdi səbri, qəralı gördüm.
Təbib olsam, yaraların bağlaram,Sinən üstün düyünlərəm, dağlaram,Ələsgərəm o səbəbdən ağlaram,Ananı baladan aralı gördüm.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-gordum
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Beməxə (Fərsiz)
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
BənövşələrO yar gəzən oylaqlarda,Bir də açdı bənövşələr.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,