Dəli Alının vəsfiniYazmışam dastana, – deyin!Afərin, şəyirdlərim,Gedəndə hər yana deyin!Eşidib Göyçə mahalı,Külli-Irəvana deyin!Addayın Şahtaxtından,Təbrizə, Tehrana deyin!Üz tutun Alosmana,Qarsa, Qağızmana deyin!Təmkini, hər büsatıBənzər Pənah xana, – deyin!Qorxmayın, unutmayın,Mərd durun, mərdana deyin!Kor olsun düşmanları,Qalsın yana-yana, – deyin!

Gedərsiniz Alosmana,Qərib qeyri ləzzətdədi;Hamısının mərhəmətiAşığa məhəbbətdədi.Paşalar dəfə, qəsdində,Şahzadalar sovetdədi.Soruşsalar: “Əcəm oğlu,Ər hansı məmləkətdədi?”Emin, Allah, paşa əfəndim,Get Gəncəbasana, – deyin!

Gülüstani-Irəmə bənzərYaylağının hər büsatı;Yönü qibləyə çeşmənin,Car olur abi-həyatı.Ağ alaçıq, əlvan çadır,Naxış vurubdu xəyyatı.Samuğun, QarasaqqalınGəlibdi hər meyvəcatı;Evinin ətri-ənbəriBənzər Irizvana, – deyin!

Sərim qurbandı sərinə,Ay atanın nər balası;Tüf dağıdıb, ordu pozan,Səf yaran, sərdar balası.Səxavətdə misli-Hatəm,Səddə İsgəndər balası;Qurşayıb kəməriniŞahi-Qəzənfər balası;Qəniminə qan ağladır,Bac vermir düşmana, – deyin!

Hansı yerdə dava düşüb,İyidlik Aslan eləyib;Şahmar kimi gərdan çəkib,Düşman bağrın qan eləyib;Xod verib beşatana,Dağıdıb, şan-şan eləyib;Mirzələr qəzetə yazıb,Aşıqlar dastan eləyib;“Mərhəba”, “əhsən”, “afərin”,“Can” belə oğlana, – deyin!

Sidqin Allaha bağlayıb,Çağırır Şahi-Heydəri;Öz nəslindən, öz soyundanVar bir neçə iyidləri;Hər biri qovğa günündəPozur bir fövci-ləşgəri.Saxlayır aşpazxanadaNeçə zəlili, müztəri;Hatəm kimi bir qapısıAçılıb ehsana, – deyin!

Molla Qasım kamandardı,Əsədi gördüm mərdana;Əl-ayağı od ələyirElə ki girdi meydana.Mağar hündür tikilmişdi,Alçaqdaydı aşpazxana;Məcməyilər qol ağartdı,Zəhmət verdi çox cavana;Bu sözlər çapa vurulsun,Getsin bir zamana, – deyin!

Balçılı Kalvayı ƏliCavan bir oğlan kimidi;Şəriətdən mətləb qanır,Təriqətdə xan kimidi;Həqiqətdən kəlmə kəsir,Ləli-Bədəxşan kimidi;Hüsndə Yusifi-sanı,Kamalda Loğman kimidi;Padişah vəzir götürərAddasa İrana, – deyin!

Silistçi, doxdur, pristavBezənhabezən yeridi;Əyri işlərə sığal çəkib,Verməyə düzən yeridi.Dəli Alı əl belində,Çiynində süzən yeridi.Ismayıl Mələk əl-mövt tək,Candan can üzən yeridi;Dedi: “Brat, bajolüstə,Gəlməsin oğlana, – deyin!”

Eldarda Qəhrəman koxa,Gəncədə Alı söylənir;Dövləti, həşəməti,Şəni-calalı söylənir;Səddə İsgəndər kimidi,Hatəm səxalı söylənir;Zəfəranlı ağ plovu,Əmliyi, balı söylənir;İlahim bərhəm vurmasınBu qurğu-dövrana, – deyin!

İyidlikdə yoxdu əvəzi,Sağ olsun Bala Məşədi!Girəndə meydan içinə,Alınmaz qala Məşədi;Vəsfini dastan edirəm,Düşsün mahala Məşədi;Köhlən at üstə çıxanda,Hamıdan əla Məşədi;Rüstəmin Rəxşi kimiGətirir cövlana, – deyin!

İyidlərin sərkərdəsiMəşədi Məhəmməd hanı?!Gəzən afatdan, bəladanHifz eyləsin kərəm kanı!Sidqin Allaha bağlayıb,Çağırır Şahi-Mərdanı.Yeddi ağacdan – yeddi ağacaGözü görəndə düşmanı,Süzən tüfəng cingildəyir,Güllə qaçır qana, – deyin!

Hər məclisdə duaçıyam,Günbəgün ucalır səsim;Barilahim, irəhm eylə,Yerə düşməsin nəfəsim:Oğul ver iki qardaşa,Bir qurban da özüm kəsim!Mən deyirdim, çox iyiddiƏsəd ilə Molla Qəsim;Köhnə kişilər deyirlər:“İyid Bayramxana deyin”.

Min iki yüz doxsan dörddəƏləsgər tapdı əsəri;Eşq ilə nəfs məniDolandırır bəhri-bəri;Dilimdə ahi-canan,Sərimdə zəhmətin təri;Qəddimi xəm eləyibQəhri-qəzanın qədəri;Xacə Nəsirdi, gəlibÇıxıb bu meydana, – deyin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets