Bugünkü məclisimdəGörün, necə can dolanır?!Bəzənib tovuz kimi,Huriyü qılman dolanır;Aləmə aşikardı,Aşıqdan pünhan dolanır;Qaşları cəllad olub,Qəmzəsində qan dolanır.Şəst ilə xaki-payınaGör neçə qurban dolanır?!

Hər yanı axtarmışam,Yaranmayıb böylə afat;Xaliqin nurundadı,Zikr olunur ismi “həyat”.Üzünü görən kimsəGərək çevirsin salavat.Diriyə ölüm yoxdu,Mürdələr də tapar həyat,Meylini döndərəndə,Çarx dönür, dövran dolanır.

Əndam ağ, bədən nazik,Gərdən misli-sürahıdı;Çöhrəsi şölə saçır,Göylərin şəmsü mahıdı.Qaş qara, gözlər alaBu ki mələklər şahıdı.Qınamayın Ələsgəri,Gözəlliyin məddahıdı;Qüdrətin naqqaşınaOlubdu heyran, dolanır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets