Gözələ
Canımı qurban elərəmBir belə tərlan gözələ;Hal bilən, şirin gülən,Dosta mehriban gözələ;Boy uca, gərdən mina,Zülfü pərişan gözələ;Dolanıb mürği-ruhum,Olubdu mehman gözələ;Xəstəyəm, yalvarıramHəkimi-Loğman gözələ.
Gözəl xanım cilvələnibGözəllərin xası kimi;Görəni Məcnun eləyirLeylinin sevdası kimi;Ala gözlər şölə çəkirGöyün sürəyyası kimi;Çəpgəni hər rəng çalır,Peyğəmbər xirqası kimi;Baratdı, behişdən gəlib,Gətirib qılman gözələ.
Gözəl xanım al geyinibGözəllər xasından gözəl;Silkinir, gərdən çəkirGöllər sonasından gözəl;Libas əndamına layiq,Əndam libasından gözəl;Qabliyyət, mə'rifət tapıbAta-anasından gözəl;Gözəlliyi cəm veribdiXaliqi, sübhan gözələ!
Qəmgin idim, xələt verdi,Məlul könlüm açdı gözəl;Arifsən, əhli-ruhsan,Can sana peşgaşdı, gözəl!Ay qabaq şö'lə verir,Qaşın göyçək qaşdı, gözəl!Nə qədər gözəl görmüşəm,Hamısından başdı Gözəl;Cavanşir gözəllərininCəmisi qurban Gözələ!
Fələkdən GileyliyəmGünü bizə qara verib;Mömini zəlil eyləyib,Suru günahkara verib;Tərlanı sara yazıb,Tər qönçəni xara verib;Ələsgər Məcnun olub,Meylini dağlara verib;Unudub ibadəti,Bağlayıb dastan gözələ.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-gozele
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Nə etmişəm fələkə, boylə qıldı zar məni?Diyari-hicr-ara zarü dilfikar məni.
Yenə bır mahlıqa şolə salıb bag içrəYenə bır mahlıqa şolə salıb bag içrə,Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!