Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hər əhli-hüsn kim, məni-bədbəxtə yar olur,Bilməm nə rəmzdir ki, dönüb şivəkar olur.
Hər mahi-sim-saqə ki, mən müştəri olam,Səngi-məhəkdə qəlb çıxıb, kəm-əyar olur.
Yüz dəfə lütf ilə eləsə vədeyi-visal,Qismət mənə haman ələmi-intizar olur.
Bunca cəfaların görüb ol binəva könül,Ol bivəfayə, gör, genə ümmidvar olur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah,Bir gün olur ki, kamincə ruzigar olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-her-ehli-husn-kim-meni-bedbexte-yar-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Bu günkü bəzmdə cami-şərabımız yoxdur,Qara olub günümüz, afitabımız yoxdur.
Məni gədalığa ol yari-pürsitiz istərMəni gədalığa ol yari-pürsitiz istər,Həzar şükr ki, yarım məni əziz istər.
Hər aşiqin ki, sən kimi bir gülyanağı varHər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.
Sövdalərə düşdüm, dedim: allah kərimdirSövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.