Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox.Meydani-məhəbbət tərəfə bir güzərin yox.
Mehrabdə əgləş ki, cigərdar degilsən,Bu nari-qəmə yanmağa əsla cigərin yox.
Ta müxbiri-eşq oldu könul, bixəbərəm mən,Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox.
Sən eylə pəri, hur xəyalilə ibadət,Bəzmində ələnnəqd büti-simbərin yox.
Ey zahidi-xüşk, eyləmə üşşaqə təfaxür,Ahi-səhərin, suzi-dilin, çeşmi-tərin yox.
Nə vəslü nə ağuşü nə bir busü kənarın,Ey nəxli-məlahət, bizə əsla səmərin yox.
Ey dil, elədin cənnəti-kuyini təmənna,Uçmağa hanı, heyf, sənin balü pərin yox.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bəsdir sənə rüxsari-zərü əşk çü simin,Seyyid, nə qəmin, gərçi sənin simü zərin yox.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ey-zahidi-xudbin-bilirem-kim-hunerin-yox
Use ← → keys to move, R for a random poem
More by this author
Necə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,
Alimlərə hörmət haqqında moizəCəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid,
Bir “qare” ilə şagirdlərin əhvalatıMisrdə bir yeganeyi-dövranMənə bu macəranı qıldı bəyan.
Oğluma xitab (Ey oğul, nifrət eylə vahimədən)Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.
Poems by other poets
Söhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
TəlatümTəlatümsüz ürəkdəQan da sırsıra bağlar.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız