Bəlx şəhərinin qazısı və dülgər hekayəsi
Bir zəni-işvəsəncü mərdfiribQaziyi-şəhri-Bəlxə oldu nəsib.Sədri-darül-qərari-qazı idi,Qazı ondan ziyadə razı idi.Vardı bir dülgəri-giranmayə,O şəriətpənahə həmsayə.Qazının övrətinə aşiq idi,Rindi-bibak idi, münafiq idi.Nəl tək yandı könlü atəşdə,Ərrə tək qaldı yüz kəşakəşdə.Tişeyi-naxun ilə məxfiyü faşLövhi-cismin müdam edirdi xəraş.Rəndeyi-ah ilə o qəmdidəQıldı can rişəsin təraşidə.Təbəri-hicr ona qəza çalmış,Nəxli-ömrün əyaqdən salmış.Tiri-qəmlər ona atardı fələk,Ciyərin çak edərdi iskənə tək.Görməyə çeşmi-yarı leylü nahar,Bədəni gözlər açdı pəncərəvar.Aqibət ahü-naleyi-şəbgirDili-dildarə eylədi təsir.Yetdi nəccar vəsli-cananə,Mur tək düşdü şəkkəristanə.Dedi nəccarə kim, zəni-qaziDeyiləm bu vüsalə mən razi.Nəqb vur öz evindən, ey müztər,Ta bizim xanədən gətirsin sər.Ta ki ol nəqbdən gəhü bigahTey qılaq rahi-xeyri, ey dilxah.Oturaq xani-vəslə leylü nəhar,Bu işə vaqif olmasın dəyyar.Getdi nəccar nəqbi qıldı tamam,Üzünə rahi-vəsli açdı müdam,Daim eylərdilər sürurü səfa,Qazının bağladı gözünü qəza.Dedi bir gün ki, övrət: – Ey şeyda,Bir əçəb fikr etmişəm peyda.Get bu gün, ərz qıl ki, ey qazi,Səndən olsun xudayi-həq razi.Bu sözü ta ki eylədin izhar,Ovcuna qoygilən neçə dinar.Degilən, dur gətir bizə təşrif –Ki, mənə üz veribdi bir təklif.Məni qazi sənə nikah eləsin,Bu həram əmri ol mübah eləsin.Simü zər ver ki, qaziyi-məğrurSimü zər görsə, gözləri olu kur.Sanma rüşvətdə simü zərdir əbəs,Sındırır dəstəmazi-şəri hədəs,Çox füsunlar cavan alıb təlim,Qaziyə gəldi eylədi təzim.Gəldi səffün-nəaldə durdu,İnkisar ilə boynunu burdu.Əldə bir neçə dirhəmü dinar,Dedi: – Ey rəhnümayi-xürdü kübar,Zivəri-şərü zinəti-islam,Zübdeyi-xəlqü naşiri-ehkam,Əxzü cərr babi-fəzlüvə dərban,İki quldur ki, tabeül-fərman,Bəndə gəldim hüzuri-valayə,Ehtiyacım düşübdür ağayə.Həqqi-həmsayəlik varımdır əgər,Leyk töhfə gətirmişəm həm zər.Kətxuda olmağım düşübdü səlah,Lazım olmuş bu əmrə əqdi-nikah.Eylə təşrif xanimanımıza,Ver səfa bağü gülsitanımıza.Belə səbz oldu çün riyazi-kəlam,Buyi-xeyr etdi qazi istişmam.Zövq ilə nitqə gəldi şeyxi-kərim,Durdu nəccarə etməyə təzim:Və əleykəssəlam, fəxrəd-din,Ey sənə lütfi-kirdigar müin,Edə əcdaduva xuda rəhmət!Nə gözəl fikrə etmisən niyyət!Kəbeyi-məqsədə səfadü nikah,Sünnəti-şəri-Müstəfadü nikah.İzdivac ilədir bəqayi-bəşər,Bunu təkid edibdi peyğəmbər.Barəkəllah, ey fələkpayə!Ey girami, nəcib həmsayə.Sənə layiq deyil o səffi-nəal,Mərhəba, mərhəba, təal, təal!Əyləşib eylə istirahətlər,Bizə eylə rücu xidmətlər.Canü dil mehr ilə rəhinindir,Qazi bir müxlisi-kəminindir.Dedi könlündə kim, ona nəccarMənə müxlis deyilsən, ey qəddar.Payi-zər gətdi çün aralığa zur;Atanı qəbrdən çəkib çıxarır.Dedi nəccar: – Əyyühəl-qazi,Səndən olsun görüm xuda razi.Şəfqətin eylədi məni xoşdil,Leyk əyləşməyim olur müşkil.Müntəzirdir o mahi-zöhrəcəbin,Müştərini qıl Afitabə qərin.Əqd qıl Fərqədanə Pərvini,Mehr ilə bağla sən bu kabini –Ki, bu dəm xeyli nik saətdir,Nəzəri-səd üçün işarətdir.Beyti-Əqrəb uzaqdu taledən,Yoxla təslisi bu mətalibdən.Zəhmət olmazsa, dur şitab eylə,Məh gərək bürci-Afitabə gələ.Başına qoydu qazi əmmamə,Əyninə geydi bir gözəl camə.Səbheyi-əxzü cərr götürdü ələ,Gəldi nəccar evinə sürətlə,Vird edərdi bu nüktəni o cənab,
**“İftəhu ya müfəttihül-əbvab”.Qazi çün nazəninə qıldı nəzər,Gördü kim, öz həlalına bənzər.Bir də baxdı o mahə diqqətlə,Dedi könlündə dərdü həsrətlə –Ki, xudaya, iş oldu çox mübhəm,Bir-birə böylə oxşamaz adəm.Qaldı heyrətdə qazi sərgərdan,Dedi nəccar: – Ey ədibi-zaman,Niyə heyrətlə qalmısan dilxun?Gedir əldən bu saəti-məymun.Qazi başın götürdü balayə,Bir də baxdı o mahsimayə.Gördü kim, xeyr, bu öz övrətidir,Nazənini-qəmər-vəcahətidir.Dedi: – Lahövlə, durdu qaziyi-pir,Dedi nəccar: – Ey imami-kəbir,Niyə durdun ayağə sürətlə?Çox baxırsan bu halə heyrətlə.Dedi: – Ey şəxs, nüsxeyi-”Miftah” –Ki, onunla gəlir təmamə nikah,Qalıb evdə, gətirmədim ani,Olmasa, yoxdur əmrin imkani.Səbr qıl, ta onu gedim gətirim,Şahidi-məqsədə səni yetirim.Qazi düşdü yola şitab ilən,Nəqbdən keçdi ondan əqdəm zən.Gəlib öz xəlvətində ol dilbəndXürreyi-xabi-nazə oldu bülənd.Qazi çün oldu daxili-xanəGördü kim, xab edibdü cananə.Qaldı heyrətdə qaziyi-gümrah,Dedi kim, lailahə illəllah!Niyə töxmi-məzənnə əkdim mən,Nə üçün bu xəyalı çəkdim mən?Şərmsar oldu qaziyi-huşyar,Öz xətasına qıldı istiğfar.Övrətə rövşən oldu çün halat,Xabdə etdi bir neçə hərəkat.Gərnəşib qafilanə çevrildi,Leyk qazi onu yatan bildi.Dedi övrət ki, ey bənöfşə, mana,Yuxu gəlməz, görüm nədir bu səda?Bu qədər qalü-qil yəni nədir?Dəsti-xər, payi-fil yəni nədir?Xoş qədəm, sərhesab olun möhkəm,Qoymasın xəlvətimə kimsə qədəm.Bu sözü tapşırıb yenə yatdı,Qaziyi-sadəlövhü allatdı.Qazi nəccar evinə aldı qədəm,Keçib əyləşmiş idi zən əqdəm.Yenə çün gördü yar rüxsarın,Qaldı heyrətdə, çaşdı göftarın.Dedi: – Sübhanə rəbbiəl-əla!Malikül-mülk, xaliqül-əşya!Bir əcəb halətə giriftarəm,Bilmirəm, yatmışam, ya bidarəm?!Bir tərəf xar xari-iqdanə,Bir tərəf rəşki-kari-cananə.Şəkkim əfzun olub, yəqinim kəm,Ürəyim qüssədən gətirdi vərəm.Dedi nəccar: – Eyyühəl qazi,Nə qılım kim, edim səni razi?Qalmısan əmrdə düdil nə üçün?Olmusan bu sifət xəcil nə üçün?Bu nə heyrət, bu nə xəcalətdir?Səndə axır bu nə kəsalətdir?Gər fəmən-yəmələ təmənnadır,Simü zər kari-xeyrə peydadır.Məqsədi-qazi əxzü cərridü gər,Bəndəlik eylərəm, bu sim, bu zər.Gördü qazi dübarə sim ilə zər,Əqli imanı kimi etdi səfər.Qazi fikr etdi kim, bu mərdi-fəqir,Neyləyim, etməyibdi bir təqsir.Pul verir bu fəqiri-niknihad,Oxuram əqd, hərçi badabad!.Çəkdi əmri-nikahə bismillah,Arizi-yarə bir də etdi nigah.Gördü çün xali-ləli-canani,Yandı narə sipənd tək cani.Vardı ol hindu ilə sevdası –Ki, edirdi şəkər təmənnası.Ucalıb dudi-qəm nihadından,Çıxdı əmri-nikah yadından.Gördü nəccar çün müsahələsin,Qazinin etdiyi müamələsin,Dedi: – Ey qazi, olmusan məsru,Yoxsa bir feldir bu naməşru?Bu nə heyrətdü, bu nədir təxir?Oldun axırda qaziyi-təsvir.Dedi qazi ki, olma mərdi-ləcuc,Əmri-müşküldü çox bu əmri-füruc.Xazini-gənci-əmri-dinik biz,Şərin ehkamına əminik biz.Bu nə nəccarlıqdır, ey huşyar,Bunda lazımdı diqqəti-büsyar –Ki, sabah ərseyi-qiyamətdəQalmayaq zillətü xəcalətdə.Sən gərəkdir ki, səbr eyləyəsən,Cəm edim ta ki öz həvasımı mən.Bir qəni dün gecə edibdi vəfat,Qalıb ondan mənali-biğayat.Varisi var əlli yeddi nəfər,Qismət olmaq gərəkdi sim ilə zər.Bəs gərək vazeh olmağa məchulMən olam zərbi-qismətə məşğul.Bu sözü zikr eyləyib durdu,Mərdi-nəccar boynunu burdu.Qaziyə ərz qıldı kim, ayaNiyə durdun ayağə, ey mövla?Dedi: – Məndən olub hədəs hadis,Oldu fövti-vüzuyə ol bais.Gedirəm ta vüzu edim, təcdid,Bivüzu narəvadır ol təvid.Dedi: – Ey qaziyi-bəhanəsəra,Tapılar burda su, behəqqi-xuda.Bu qədər zöhdi-xüşk satma bizə,Kutəh et, bu işi uzatma, bizə.Dedi qazi: – Deyildir ol mərğub,Yəhtəmil ki, bu su ola məğsub.Bunu zikr etdi, durdu oldu rəvan,Nəqbdən keçdi həm o ruhi-rəvan.Bir kitabə özün edib məşğul,Onu gördükdə qazi oldu məlul.Dedi: – Bilməm ki, bu nə halətdir,Mənə bu mayeyi-xəcalətdir.“Tübtü ya zülcəlal vəl ikram
**Min cəmiiz-zünubi vəl-asam”.Qaziyə ərz qıldı ol övrət:Bu nə halətdir, ey qəza-hikmət?Səni kim eyləyibdi divanə,Danışırsan müdam əfsanə?!Səndə vardır nişani-xəbti-dimağ,Səni lazımdır eyləmək bəs dağ.Gedibən qıl ilaci-azarın,Yoxsa müşkül olur sənin karın.Dedi qazi ki, ey xədarətkiş,Var bu gün məndə bir əcəb təşviş.Fikri-vəsvas çıxmayır məndən,Olmuşam xeyli bədgüman səndən.Etmişəm səndən ötrü özgə xəyal,Məni, ey nazəninim, eylə həlal.Gedirəm çünki beyti-nəccarə,Görürəm gül nəsib olub xarə.Səni nəccar evində çün görürəm,Dururam heyrət ilə tez gəlirəm,Görürəm yatmısan otağında,Əql heyrandı bu səyağında.Dedi övrət ki, zişti-əhli-cahanOlur ol kəs ki, ola əhli-güman.Var idi mərdi-qazidə bir sib,Bölübən etdi anı iki nəsib.Nisfini verdi övrətə qazi,Ta özündən edə onu razi.Dedi: – Bir sibdir ki, müxtəsəri,Çoxdu cədvardən bunun əsəri.Qüvveyi-bahi bu ziyad eylər,Bu müfərrih qülubi şad eylər.Sən bu sibi tənavül eylə bu şəb,Eylərik ləzzət ilə eyşü tərəb.Gəldi nəccar evinə qaziyi-pir,Gördü kim, əyləşib o mahi-münir.Nisfi-sib əldə ol turunc-qəbqəbƏyləşibdir başında çadirşəb.Qazinin heyrəti ziyad oldu,Gözü tək könlü qan ilən doldu.Mütəhəyyir qalıb o sahibi-hökm,Yerə çökdü, oturdu sümmün-bükm.Dedi nəccar: – Ey şəriətkiş,Nə səbəb vaqe oldu bu təşviş?Fikrüvü olmadı sənin bilmək,Bunca axır nədir gedib-gəlmək?Mətləbin qeyrdir bu işdə əgər,Dərdsər olmasın əya, sərvər.Get, dəxi çıxma künci-mədrəsədən,Bizi qıldın həlak vəsvəsədən.Sən əgər etməsən bu sövdanı,Gətirim əqdə özgə mollanı.Vəchi-əqdanəmiz kəm isə əgər,Al, qəbul eylə ha, bu simü bu zər.Çünki zər gördü dideyi-qazi,Oldu əqdi-nikah üçün razi.Sanki bir eşşək idi cov gördü,Ya ki məsru mahi-nov gördü.Simü zər alladıb o gümrahi,Çəkdi nagəh “əuzü billahi”.Oldu cari çü ləfzi-”ənkəhtü”;Müttəsil həm kəlami-”zəvvəctü”,Yenə tez baxdı bir o mahə tərəf,Baxcağın tiri-dərdə oldu hədəf.Gördü ol titəni ki, zərgərdənAlmış idi o qaziyi-pürfən,Nəsb edib başına o mahliqa,Gözünə tar oldu bu dünya.Yenə biçarə qıldı fəsxi-nikah,Dedi yüz heyrət ilə:Ya fəttah!Yoxdu karımda hiç fəthü zəfər;Dinimi əldən aldı sim ilə zər.Çəkibən binəva ciyərdən ah,Ziri-çeşm ilə bir də qıldı nikah:Dedi: – Sübhanə faliqül-əsbah,Mənə oldu bəla bu əmri-nikah.Dedi nəccar: – Əyyühəl-qazi,Sözlərin cümlə oldu miqrazi.Edəcəksən nə vəqt bəs izhar,Qəti-göftar, ey vərəasar?Baxmağından yəqin olur hasilOlmusan sən bu dilbərə mail.Qəlbini oxşayıb kəmani-nəzər,Əyləşib tiri-arizu ta pər.Xeyli qabil məkandır abadan,Töxm səp, vergilən suyun asan.Qıl təsərrüf, bu qədr eyləmə bim –Ki, həlalındı misli-mali-yetim.Qazi fikr etdi kim, gərək təzvir,Dedi kim, bir əvamdır bu fəqir.Çün işim tapmadı səlah bu gün,Oxuram bir yalan nikah bu gün.Dedi: – Ey zifünuni-nəccari,Siğə əlhal eylərəm cari.Hər nə mən zikr edəm bəvəçhi-həsən”Degilə sən, qəbul etdim mən.“Və nikahən, şələn səməlqatən,
**Məhmələn, adiyən kənəl-hatən”.Çün eşitdi bu sözləri nəccar,Dedi: – Ey rəhnümayi-xürdü kübar,Afərinlər bu siğeyi-pakə,Xeyli müşküldü fəhmi idrakə.Verdiyim pul ola həlal sənə!Nə gözəl həq verib kəmal sənə!Etmisən bu nikahi əzbər sən,Zahirən “Bozmara” kitabindən.Belə zənn eylədin ki, nəccarəm,Elmdən mən dəxi xəbərdarəm.Etmişəm bil ki, mən də elmi təmam,Bilirəm məniyi-rümuzi-kəlam.Nəqli-”Seyfül-müluk”ə danayəm,Qoysam əmmamə, mən də mollayəm.Tanıram rahi-məscidi-came,Deyiləm leyk sən kimi tame –Ki, edəm bənd pənceyi-təqsim,Ta ola payimal mali-yetim.Mənə dərsi-nikahi qıyqaciVerdi təlim Yasəmən baci.Nə nikah idi kim, bu eylə bəyan,Oldu ləfzi-mübarəkindən əyan?Nə ibarətdir, ey ədəb kani –Ki, nə yunanidir, nə süryani?Dedi qazi ki, eyyühən-nəccar,Səndə canım, qəribə daiyə var.Nə bilirsən təriqi-mədlulat?Sənə vazeh deyil ki, məqulat.Mən həmin siğəni həmin tərkibNeçə gündür ki, etmişəm tərtib.Hər kəsin bir təriq olur kari,Budur əqdi-nikahi-nəccari.Siğeyi-xanü siğeyi-üməraHər biri bir səyağ olur inşa.Sən qulaq as, əzizim, olma füzul,Hər nə ki mən desəm, sən eylə qəbul.Bir qiraətlə çəkdi “bismillah”.Arizi-yarə bir də qıldı nikah.Gördü ol nisfi-sibi əldə, vəliBinəvanın yenə tutuldu dili.Dedi ki, ey nigari-laləqəba,Mənə ol nisfi-sibi eylə əta.Alıb ol nisfi-sibi qazi müft,O biri nisfin eylədi ona cüft.Gördü ol sibdir gedib parə,Nisfini vermiş idi dildarə.Qaldı bu halə haimü heyran,Dedi: – Sübhanə xaliqül-imkan!Bir əcəb dərdə mən giriftarəm,Bilmirəm məstü ya ki huşyarəm?Dedi nəccar: – Ey həmidəsifat,Nədir axır bu növ ilə hərəkat?Niyə cüft eylədin bu almanı,Bizə məlum qıl bu mənanı.Şər nirəngsazlıqdı məgər,Qazilik hoqqabazlıqdı məgər?Dedi qazi: – Tələsmə, ey nəccar,Bu işi eyləməkdə hikmət var.Bunu bil kim, edər bu şəkli-cəmilƏr ilə övrət ülfətin təkmil.Ey əzizim, görüblər əhli-təmizBu duanı nikah üçün təcviz.Bu dua nüsxəsi qalıb əmmaEvdə, ey mərdi-arifü dana.Səbr elə, ta gedim onu gətirim,Səni vəsli-nigarə tez yetirim.Çünki gəldi evinə zarü məlul,Gördü bir əmrə övrətin məşğul.Dedi övrət ki, ey ədibi-zaman,Halına qalmışam bu gün heyran.Eyləyirsən mənə nigah neçün,Çox çəkirsən ciyərdən ah neçün?Cümlə karın xilafi-adətdir,De görüm səndə bu nə halətdir?Yoxsa ey çeşmeyi-çiraği-ümid,Gətirib çeşmin abi-mirvarid?Yoxsa dərmanə olmusan möhtac,Ey gözüm nuri, bəs tez eylə əlac!Dedi qazi ki, ey büti-Kəşmir,Nə bəladır ki, düşmüşəm məni-pir.Sən ki, bilfel əhli-hikmətsən,Nə olub kim, bu halə düşdüm mən?Dedi:–Bu dərd olur rütubətdən,Mədə içrə olan kəsafətdən.Bir də, hər kəs yedisə vəqti-təamLoğmeyi-şübhənak, ya ki həram,Bu rütubət olur o təğziyədən –Ki, olur kur dideyi-rövşən.Əvvəlin payəsində bu azarGözdə bir illət eyləyər izhar.İki şəxs, ey fəzailə came,Ona bir şəkldə olur vaqe.Eyləməz bir dəqiqə səbrü qərar,Seyr edər misli-günbədi-dəvvar.Bu əlamətlər ol mərəzdəndir,Bu ədalar xud ol qərəzdəndir.Qazi bir ah çəkdi, ağladı zar,Dedi: – Torpaq başıma, ey yar!Dünən ölmüşdü mərdi-nütfəhəram,Ramazan oğlu Məşhədi Bayram.Qalmış idi evində neçə yeim,Onların malın eylədim təqsim.Yedim ol evdə bir qədər həlva,Yəhtəmil ki, həram imiş o ğiza –Ki, bu vəsvasə mən düçar oldum,Gözümə dərd gəldi, xar oldum.Bəs gedim, müntəzir qalıb nəccar,Oxuyum əqdini onun naçar.Hər nə pul ondan eyləsəm peyda,Gətirim bəs alaq bu dərdə dəva.Beyti-nəccarə qazi oldu rəvan,Yenə gördü oturmuş ol canan.Övrətin qövlünə inanmış idi,Sözünü cümlə doğru sanmış idi.Əyləşib qazi, çəkdi bismillah,Yenə bir yarə məxfi qıldı nikah.Dəxi sövti-qəzəblə, ol dildar,Dedi: – Ölsün əzizin, ey nəccar,Getdi badi-fənayə nam ilə nəng,Kimdü bu mərdi-lutiyi-sərhəng?Üzümə hər zaman baxır qıyqac,Dur, bu evdən bunu elə ixrac!Qaziyi-bülfüzul imiş bu cənab,Lutiyi-sırf imiş bu xanəxərab!Məni bu dami-qəmdən eylə rəha,Qalmadı bəzmi-eyşimizdə səfa.Hey vurub qaziyə o dəm nəccar,Dedi: – Mən oldum ömrdən bizar!Nə qədər, ey zəmanə mümtazi,Edəçəksən bizimlə sən bazi?Getdi əldən dəxi o saəti-xub,Həq səni eyləsin görüm məyub!Dedi qazi ki, hiç eyləmə bak,İki gün xoşdu gərdişi-əflak.Sənə, ey bifərasətü kovdən,Saəti-nikü bəd deyil rövşən.Sən deyilsən sitarədən hali,Kimə sən öyrədirsən əhvali?Sənə nəccarlıq olub pişə,Sənə lazımdır ərrəvü tişə.Nə bilirsən ki, sən nədir təslis,Ya ki tərbi, ey səfihü xəbis.Mənə sən eyləmə bunu təlim,Bilirəm mən, əlimdə var təqvim.Çünki mən olmuşam bu gün möhtac,Məni-kəhhalə müncər olmuş əlac.Gətirib çeşmim abi-mirvarid,Olmamış gözlərim gərəkdü səfidGedibən mən tapım bu işdə fəlah,Oxuram sonra, qorxma, əqdi-nikah,Ta ki durdu ayağə ol qəddar,Yaxasın tutdular zənü nəccar.Dedilər: – Ey səfihü layələm,Həq-təala edibdir əqlüvü kəm.Olmaya əqdimiz əgər cari,Sənə yox zindəganlıq asari.Gördü qazi özün həlakətdə,Bir zaman qaldı fikrü heyrətdə.Dedi ol qaziyi-qəzavü qədər,Sən bilirsən ki, qalmışam müztər.Əqlimi fikr apardı, huşumu bad,Oxuram əqdi, hərçi badabad!Əlqərəz, çarə tapmayıb qazi,Oldu əqdi-nikah üçün razi.Oxudu siğə, cari etdi nikah,Dedi: – Oldu sizə cima mübah.O zaman var idi belə adət –Ki, öpə qazinin əlin övrət.Gəldi öpsün əlin o zibarəxt,Əlini qazi vurdu burnuna səxt.Qanadı burnu, qan rəvan oldu,Daməni-yar qan ilə doldu.Gəlibən evdə gördü övrətini –Ki, edib parə-parə surətini.Bürüyüb cümleyi-libasını qan,Eyləyir ahü naləvü əfğan.Dəmbədəm başına tökür torpaq,.Dilinin zikri “əttəlaq təlaq”!Belə ərdən gərək olam bizar –Ki, olub aşiqi-zəni-nəccar!Qazi heyran qalıb çəkib ahi,Qüssədən çöhrəsi olub kahi.Yerə düşdü başından əmmamə,Parə qıldı o, qüssədən camə.Dad çəkdi ki, ah, yüz bidad,Qəlbdən qıldı naləvü fəryad.Bangi-qazi yetişdi nəccarə –Ki, çəkir nalələr o biçarə.Qazinin gəldi yanına nəccar,Gördü candan dəxi olub bizar.Yerə düşmüş başındakı dəstar,Yox ayağında kəfş ilə şalvar,Başına qoydu öz əmaməsini,Pak qıldı ridavü caməsini.Dedi: – Aya, nədir bu dadə səbəb,Halətin görsənir nəzərdə əcəb?Bu nə fikrü xəyaldır vəsvas,Tutmusan hansı bir əzizinə yas?Bu işin rəncdir, həmaqətdir,Övrətə baş qoşan kəs övrətdir.Naqisül-əql olur hamı övrət,Eyləsən bəhs, görməsən ləzzət.Eyləmə öz-özün belə rüsva,Bu deyil feli-mazi, ey molla.Övrətin zəmminə xudayi-rəhim
**Buyurub: – “İnnə geydəkün nə əzim”.Oların əsli-zatı kəcdir, kəc,Hər qüsuruna açma göz, qoy keç.İstəsən səndən ola zən razi,Halü müstəqbəlini qıl mazi.Onların hiylələri böyükdür.Fitneyi-aləmə səbəbdir zən,Müxtəsər, əsli-zatı çəpdir zən.Səhldir inciyib xanım səndən,Bir nəsihət edim, eşit məndən.Məhkəmə içrə tütgilən aram,O dilaram ta sənə ola ram.Saralır firqətində gülnari,Ağ üzə əşki-al edər cari.Ta peşiman ola səyağından,Sülh edər şövqi-iştiyağından.Yalvarır, barışır səninlə o şux,Mehri artıq olur sənə söz yox.Yalvarıb sülh edər səninlə müdam,O qəzali-hərəm olur sənə ram.Qaziyə biriya göründü bu pənd,Pəndi-nəccari qıldı xeyli pəsənd.Çəkdi əl etdiyi fəzihətdən,Getdi vəsvası ol nəsihətdən.İstədi övrətə edə tənbeh,Məhkəmə içrə tutdu yer o səfeh.Övrətə müjdə aparıb nəccarDedi: – Əl məkrdən çək, ey dildar.Qaziyi-əhməqin işi bitdi,Oldu xürrəm, muradına yetdi.Dur ayağə büsatı qıl çidə,Elə bəzmi-nişatı bərçidə.Məhkəmə içrə eylədi mənzil –Ki, fəraqı sənə ola müşkil.O sənəm qıldı çidə bəzmi-sürur,Oldu nəccarə yar, eylədi sur.Düzdülər hər nə var, mayəhtaç,Verdilər mayeyi-cimayə rəvaç.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-belx-seherinin-qazisi-ve-dulger-hekayesi
Use ← → keys to move, R for a random poem
More by this author
Sövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.
Üzün hədisini dün söylədim bir ayə qədərÜzün hədisini dün söylədim bir ayə qədər,Görək ki, şərhini vaiz bilir bir ayə qədər?
Ey mələksima, cəmalın rəşki-cənnət bağıdırEy mələksima, cəmalın rəşki-cənnət bağıdır,Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.
O qəragöz ki, mənim eşqdə sultanımdırO qəragöz ki, mənim eşqdə sultanımdır,Xaki-payı gözümə köhli-Sifahanımdır.
Poems by other poets
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi