Məkri-zənan
Var idi bir müsənnifi-adil,Elm dəryasi, mürşüdi-kamil.Söylər idi həmişə ol dana:Naqisül-əqldir güruhi-nisa.Övrətə etibar etməz idi,Hər nə övrət desəydi, bitməz idi.Cəm qılmışdı bir kitabi-rəvan,Adını qoymuş idi “Məkri-zənan”.Bir neçə vəqt gəzdi dünyani,Eylədi cəm məkri-nisvani.Səfəri-axərində ol huşyarEylədi bir qəbilə içrə güzar.Çıxdı nagəh qabağə bir övrət,Qıldı mehmanə layiqi hörmət.Düşürüb rahət etdi mehmanın,Qıldı asudə fazilin canın.Gördü kim, ol cəmileyi-dövran,O üzü gül, o sərvi-qönçədəhan,Bilir adabü rəsmi-mehmani,Mizəbanlıqda yoxdu nöqsani.Dedi fazil ona ki, ey övrət,Bu qədər eylədin mənə hörmət,Sən bu mehmannəvazlıq karınKimdən öyrənmisən, qıl izharın.Dedi: – Peyğəmbəri-mükərrəmdən,Xələfi-biqərini-Adəmdən.Müstəfa, ol rəsuli-paksiriştDedi: – Mehmandır dəlili-behişt.Kim ki, mehmanə eyləsə ikram,O mənimlə edər behiştə xuram.Dəxi bil kim, bu söz mühəqqəqdir,Mərdi-mehman hədiyyeyi-həqdir.Dəxi təqrir edib ki, əhli-siyərHər kəs öz ruzisin tənavül edər.Bir evə gəlsə bir qonaq əgər,Bil onun ruzisi qabaqca gələr.Çün eşitdi bu sözləri fazilGördü əqlin o övrətin kamil.O gecə fazili-bülənd cənabAçıb, ahəstədən oxurdu kitab.Sordu övrət ki, bu kitab nədir,Çox baxırsan, bu, ey cənab, nədir?Baxdı fazil o övrətə, güldü,Dedi: – Bu bir kitabi-müşküldü.Məcməyi-hiyleyi-nisadır bu,Etmişəm cəm, ey behişti ru.Bildi kim, cəm edibdi məkri-zənan,Oldu xəndan o sərvi-qönçədəhan.Dedi kim, ey müsənnifi-aqil,Sən əcəb əmrə olmusan şağil.Səni mən eylədim o şəxsə misal –Ki, gedib hazır etdi bir qərbal,Gəlib ölçərdi abi-dəryani,Açmayıb kimsə bu müəmmani.Öhdəsindən bu əmrin, ey dana,Gəlməyib kimsə ta ki var dünya.Bir qədər su tutum, götürdün sən,Su görək əksilir o dəryadən?Harda kim, zahir olsa məkri-zənan,Orda acizdü məkrdən şeytan.Məkri-nisvandə xudayi-əlimBuyurub: – “İnnə keydəkünnə əzim”.Çəkmə zəhmət dəxi bu halət üçün,Ömrüvü sərf elə ibadət üçün.Məkri-nisvanə yoxdu həddü həsar,Bu xəyalından eylə istiğfar.Çün bu təqriri etdi fazil guşQaldı məbhut sözdən, oldu xəmuş.Xabdən oldu sübh çün bidar,Gəldi ol nazənini-gülrüxsar,Etdi mehmaninə nəvazişlər,Dedi: – Ey fazili-həmidəsiyər!İstəyirsən ki, hiyleyi-zəndənSənə bir qədr eyləyim rövşən?Edəsən ta yəqin ki, məkri-zənanBəhrdir, leyk bəhri-bipayan.Edəsən bu kitabüvü dərhəm,Özüvü sanma fazili-ələm.Dedi: – Ey nazənini-gülrüxsar,Bildiyin məkri dur elə izhar.Durdu nagəh əyağə ol övrət,Özünə getdi eylədi zinət.Eylədi zülfi-ənbərin şanə,Kim ki, görsə, olurdu divanə.Gözünə sürmə çəkdi ta ol mah,Fazilin ruzgarın etdi siyah.Oldu pirayədən lətafəti çox,Əyri qaşi kəmanü kipriyi ox.Geydi ol şux cameyi-əlvan,Qıldı tavusi-məst tək cövlan.Fazilə gəldi verdi ta ki səlam,Xalini qıldı danə, zülfünü dam.Qıldı nazü girişmə, ğincü dəlal,Oldu tuti kimi fəsihməqal.Ləbinin dövrə gətdi ta camın,Fazilin aldı səbrü aramın.Dedi fazil ki, ey büti-ziba,Sənə qurban olum məni-şeyda!Hursən, ya mələk və ya ki pəri?Bu lətafətdə görmədim bəşəri.Ola canım nigahına qurban,İki çeşmi-siyahına qurban!Bu nə çeşmi-xumardır, nə nigah?
**“Vəhdəhu la şərikə illəllah”.Ey vüsalın behişt, hicrin nar,
**“Vəqina rəbbəna əzabən-nar”.Gördü övrət ki, şeyxi-əllaməZülfünü görcəyin düşüb damə,Dedi: – Ey fazili-niku-mənzər,Bu nə sözdür, nə üz veribdi məgər?Sən kimi şəxsi-aqilü danaÖzünü eyləməz əbəs rüsva.Sən kimi sahibi-kitab olan –Ki, yazar hər zamanda məkri-zənanSəbr edər, böylə biqərar olmaz,Övrətə çünki etibar olmaz.Dedi: – Ey dilbər, ey fəriştəüzar,Dəxi yox məndə tabü səbrü qərar.Getdi səbrim, dəxi qərarım yox,Aşiqəm, aşiq, ixtiyarım yox!Bu gecə fikrin ilə, ey dildar,Sübhədək gözlərim qalıb bidar.Çarə qıl, getdi ixtiyar əldən,Getdi bu zarü biqərar əldən!Duruban, fazili o gülrüxsarÇəkdi xəlvət otağə, tutdu qərar.Fazilə eylər idi işvəvü naz,Nagəhan eylədi kəniz avaz,Dedi: – Ey xanım, ey fəriştəliqa!Ol xəbərdar kim, gəlir ağa.İztirab ilə durdu ol dilbər,Hər libasın çıxardı çapiktər.Özünü çəkdi bir kənarə o dəm,Gördü bu hali fazili-əkrəm,Dedi: – Ey nazənin, nədir belə hal?
**Kolmusan beylə müztərib-əhval?Dedi: – Üç gündü ki, ərim, ey yar,Gedibən eyləmişdi meyli-şikar.Söyləyir kim, kəniz, gəldi cavan,Bizi bir yerdə görsə, verməz aman.Tökəcəkdir yəqin ki, qanımızı,Dağıdar indi xanimanımızı.Bildi çün halı fazili-dövran,Oluban bərgi-bid tək lərzan.Xövfdən çıxdı eşqi başindən,Dedi: – Bir çarə, neyləyim bəs mən?Dedi: – Sanduqə olgilən daxil,Ta görüm neylirəm mən, ey aqil!Girdi sənduqə fazili-dana,Eylədi qıfl dilbəri-ziba.Şövhərin durdu, etdi istiqbal,Bir-birin görcək oldular xoşhal.Əyləşib oldu həm kişi rahət,Etdi sənduqə təkyə həm övrət.Etdilər növ-növ söhbətlər,İşvələr, nazlar, zərafətlər.Ta ki sənduqi ol pəri-rüxsarTərpədib, zikr eyləyib əşar;Ey yazan keyd, şeyxi-əllamə,Düşmüsən məkr ilə əcəb damə.Dedi şövhər: – Nə sözdür, ey övrət,.Görürəm səndə çox əcəb halət?Dedi: – Dün gecə bir qərib cəvanGəlibən nagəhan mənə mehman,Ol ki, məqdur idi evimdə təam,Eylədim ol qərib üçün əncam.Sahibül-elm, mərdi-fazil idi,Yox idi nəqsi, şəxsi-kamil idi.Bir də gördüm ki, bir kitabə baxur,Belə ahəstədən onu oxuyur.Dedim: – Ey şeyx, bu kitab nədir?Etmisən böylə tərki-xab nədir?Dedi: – Bu bir kitabdır ziba,Bunu mən etmişəm özüm inşa.Etmişəm cəm hiyleyi-nisvan,Bu kitabındır adı “Məkri-zənan”.Eylə ki, bu kəlamı etdim guş,Doğrusu, qeyrətim gətirdi cuş.Dedim: – Ey şeyx, hiyleyi-nisvanBəhrdir, leyk bəhri-bipayan.Qissələrdir bu nəqli-tulü diraz,Yazasan gər yüz il, təmam olmaz.Gəlməsən öhdəsindən ol karın,Çəkməsin rənc çeşmi-bidarın.Mənə etdi təbəssüm ol dana,Məni incitdi doğrusu bu əda.Dedim: – İstərmisən, əya fazil,Sənə bir məkr edim məni-cahil?Görəsən ta ki məkri-nisvani,Biləsən hiç yoxdu payani?Özümə durdum eylədim zivər,Rubəru gəldim otdum, ey şövhər,Məni görcək bu hüsnü tələtlə,Bu nəzakətlə, bu vəcahətlə,Getdi aramü ixtiyarı onun,Qalmadı səbr ilə qərarı onun.Eylədim xəlvətin sərəncamın,Məndən istərdi ta ala kamın.Məndən eylərdi könlünü xürrəm,Sən gəlib eyşin eylədin dərhəm.Təhi-sənduqdən o danişvərEşidirdi bu sözləri yeksər.Xövfdən qaçdı rəngi-rüxsari,Leyk çıxmırdı naləvü zari.Dedi şövhər: – Bular zərafətdir.Dedi: – Nə, taci-sər, sədaqətdir!Bilmərəm göftüguyi-böhtan mən –Ki, yalançı xudayədir düşmən.Mən sənə hiç bir yalan demişəm?Ya sənə bir zərafət eyləmişəm?Dedi: – Bəs hardadır o bədbünyan –Ki, edim qaninə onu qəltan?Hardadır, söylə, ol nəməkbəhəram –Ki, evimdə gəlib yeyibdi təam,Qəsd edibdir mənim bəs övrətimə,Necə dəyməz bu əmr qeyrətimə?Mən onu öldürəm gərək əlan!Özgə evdə həm olsa bir mehman,Mizəbanə xəyanət eyləməsin,Hiç kəs böylə cürət eyləməsin.Qeyz ilə tutdu çəkdi şəmşirin,Sanki bir şir qırdı zəncirin.Dedi övrət ki, səbr elə, ey yar,Getməyibdir uzağə ol idbar.Sən gələn vəqt çaşdı ol fazil,Onu sənduqə etmişəm daxil.Verdi övrət kilidi kim, əlanAçıban eylə qanına qəltan.Fazilin qorxudan qaçıb qani,Bəlkə beş yol batırdı tumani,İttifaqən kişiylə ol övrətÇəkmiş idi cinaq bir müddət.Nə bu qalib olurdu, nə şövhər,Ona verdi kilidi çün dilbərDedi: – “Yadımda” eylədin nisyan,Sənə mən qalib olmuşam əlan!Ərinin yadına ki, düşdü cinaq,Atdı əldən kilidi ol sarsaq.Dedi: – Həqqa ki, çoxdu məkri-zənan,Sənə şagird ola gərək şeytan!Qafil idi dəxi ki, ol müztər –Ki, bu məkrində vardı məkri-digər.Dedi ki, ey mühileyi-dövran,Məni yaxşı aparmısan əlan!Dediyin sözlərə inandım mən,Səhvimi gör ki, doğru sandım mən.Eylə bildi cinaq üçün övrətEyləyibdir bu növ ilə söhbət.Dedi: – Bəs dur, gətir şərabü təam,Əkl edək, ta yataq, keçir axşam.Mahəzər etdi hazır ol dilbər,Yedilər, yatdılar, çün oldu səhər,Şövhəri oldu azimi-həmmam,Açdı sənduqi, verdi şeyxə səlam.Dedi kim, dur əyağə, ey fazil,Özüvü sanma mürşidi-kamil!Demə hərgiz kim, ey həkimi-zaman,Naqisül-əqldir güruhi-zənan!Dəxi get, qıl kitabüvü dərhəm,Qoyma bu vadiyi-bəlayə qədəm.Sən kimi şeyxü mürşidü kamilÖzünü damə saldın, ey fazil.Guş edirdin ki, macəranı təmam,Ərimə bir-bir eylədim əlam.Qeyrətindən itirdi tədbirin,Qətlinə çəkdi ta ki şəmşirin.Onu əvvəl necə inandırdım,Soradan başını dolandırdım.Səni gətdim ölüm ayağına ta,Yenə verdim dönüb nicat sana.Övrətin qeyri kəslə olsa işi,Saxlaya bilməz ani hiç kişi.Hər nə ki istəsə edər övrət,Saxlamaq olmaz, ey fələkrüfət.İndi get, tərk elə bu sövdani,Dəxi çəm etmə məkri-nisvani.Bizə şeytan deyil bu işdə hərifGeydi-şeytanı həq buyurdu zəif.İndi dur get, dəxi səlamət ilə,Ömrüvü sərf qıl ibadət ilə.Elə ki, getdi fazili-əkrəm,Nə ki yazmışdı, çəkdi üstə qələm.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-mekri-zenan
Use ← → keys to move, R for a random poem
More by this author
Xət gəlib müshəfi-rüxsarına mənası üçün,Ayeyi-Nurə düşüb şərh təcəllası üçün.
Rüxsarın açıb bülbülü şeyda elədin sənRüxsarın açıb bülbülü şeyda elədin sən,Bülbül nəzərində gülü rüsva elədin sən.
Görüb ziyayi-rüxün kuyi-yarə gəldim mənGörüb ziyayi-rüxün kuyi-yarə gəldim mən,Ümidi-vəsli ilə bu diyarə gəldim mən.
Ey ləli-ləbin şireyi-şəkkər təki şirinEy ləli-ləbin şireyi-şəkkər təki şirin,Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin.
Poems by other poets
Bu günlər mənim dərdim başdan aşqındı yenə,Diqqət etsəniz əgər siz çöhrəmin rənginə,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.