Dedilər xəlq ki, var badeyi-həmradə fərəh
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Dedilər xəlq ki, var badeyi-həmradə fərəh,Yarsız görmədim ol cami-qəməfzadə fərəh.
Yarsız neyləyirəm seyri-gülü gülzarı,Olmasa yar, olumu cənnəti-məvadə fərəh?
Şəbi-meraci-visalın məni zar etdi rəqib,Görmədim, seyr elədim çərxi-müəlladə fərəh.
Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim,Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh.
Dağım olduqca füzun şad olur aşüftə könül,Tifl üçün eyddə var ziynəti-kaladə fərəh.
Yarımın adını bildikdə fərəh hasil olur,Onu təshif eləsən var bu müəmmadə fərəh.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini,Çünki beş günlük olur bülbüli-şeydadə fərəh.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-dediler-xelq-ki-var-badeyi-hemrade-fereh
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!
Ürəyim çox yaman sancdıÜrəyim çox yaman sancdı.Dedim ölüm sevgi kimi ürəyimə
Ol zaman mən edərəm zövq ilə bu candan həzzOl zaman mən edərəm zövq ilə bu candan həzzKi, yetib vəslə, edəm söhbəti-canandan həzz.