Bir qoca dülgərə rast gəldim dünən,Hərbi paltarıma diqqətlə baxdı.Mənə cəsarətlə yanaşdı, birdənSanki gözlərində ildırım çaxdı.

Öz ana dilində oxudu mənəKönül dəftərindən bir neçə varaq.Məni dəvət etdi sonra evinəDərdli kaman kimi sızıldayaraq

Bəzəyi yoxsa da kasıb evimin,Səndən inciyərəm getməsən əgər.İnanın, vallahi bir şurəvininQapımdan girməsi dünyaya dəyər!

Onun bu sözləri canıma yatdı,Əl sıxıb öpüşdük qan qardaşımla.Könül ayrılığın daşını atdı,Yan-yana, vüqarla düzəldik yola!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets