Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən

Ey əql dəvani-bəzmi-idrak,Vey rahbərani-mənzili-xak.Vacib görünür bu ziüqulə,Rəh varməqə sahibi-qəbulə.Salduqdə nəzər mükəvvənatə,Basduqdə qədəm bu şeş cəhatə,Gördükdə vücudi-insü cinni,Hasil oluna dəlili-inni,Ya öz-özüdin ala bəyami,Sadiq ola mən ərəf kəlami.Ey əql bilən, işə müdəbbir,Övzaə mübəddilü müğəyyir.Sənsən çü bu rütbəyə mükərrəm,Tərkibi-şühudə cüz’i-ə’zəm,Qəflət sənə qayəti-sitəmdür,Sudi qəmu mayeyi-ələmdür.Fikr eylə, vücudi-cümlə əşya,Nə ratibədin olundu peyda.Bihudə degil bu karsazi,Fərq eylə həqiqətü məcazi.Aləm əgər olməsəydi mövcud.Əldə nə idi dəlili-məşhud?!Dünya qəmudur dəlil, o, mədlul,Bunlar qəmu nəqldür, o, mənqul.Bu rəhrövə rahdür o mənzilBu, badiyədür, o, Kə’beyi-dil.Kim verdi bu dəh üqulə tərtib,Kim düzdü de ol üsulə tərkib.Kimdən yedi zərbi-taziyanə,Səgritdi səməndin ol miyanə.Kim saldı o tovsənə kəməndi,Kim qıldı o rəxşi nə’lbəndi.Ömrü olalı kəsər şəvare,Nə nə’lü nə mix olundu zaye.Nə’li məhü mixdur sitarə,Təmqasi günəşdür aşikarə,Zahir sənə nəyyireyn nuriKimdəndür o behcətü süruri?!Səyyarü səvabiti-güzidə,Kim anlara verdi nuri-didə.Kim hiss ilə cismə qıldı yari,Kimdəndür anın əyari-kari?!Yandı sənə gərçi şəm’i-biniş,Göstərdi vücudi-afəriniş.Kim tikdi o şəm’i, düzdü xəzran,Müşkül ona kimdən oldu asan?Gər qətreyi-abdən vücudin,Oldu sənə mayeyi-nəmudin,Bu surəti çəkdi qansı nəqqaş,Ol cismə kim etdi ruhi həmtaş?!Tərkibə ol aləti-mükərrər,Tərtibə müqəddəmü müəxxər,Fikr olsa nə surət üzrə rəqqas,Peyda olur anda mə’niyi-xas.Cümlə geyə çün fəna libasi,Viral ola bu vücud əsasi,Zahir olur andə var kimdür,Ol dardə pərdədar kimdür?!Gər qılsa durub kişi təəmmül,Açsa ona dideyi-təəqqül,Zahir ola vəqti-nəfyü isbat,Xurşid həq oldu, xəlq zərrat.Təşbih əgərçi narəvadür,Ol zatə məsəl dimək xətadür.Liykən bizədür vəzifeyi-pas,Təhqiqi-rümuz kəlləmünnas.Yoxsa kim olundu ona məhrəm,Kim oldu o kibriyayə həmdəm.Kim anladı sirri-zati-biçun?Kim bildi nədür o zatə məzmun?Bir vəz’ilə düzdü bu həsari,Bir nəhc ilə qıldı bu mədari.Ta tişrəyə kimsə bulmiyə rah,Ta olmiyə kimsə andin agahOl rəmzə yetişməyə xəlayiq,Fərq ola miyani-xəlqü xaliq.Əqli-üqəla zəlilü heyran,Məhbus bu həbs içində nalan.Döndərməgə yüz bu yüzdin idrak,Bəsdür bizə üzri-maərəfnak.Yegdür, keçəlüm bu cüstü cudin,Yox kimsəyə bəxş o rəngü budin.Alub ələ zeyli-şər’i-şareBu yolda olub o qövlə qane.Hər rahrəvin görür dəlili,Hər kimə o qıldı Cəbrəili.Əvvəl bata çeşmeyi-həyatə,Axır yetə mənzili nicatə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rübailər

Rübailər**Ey mərifətin baği-səhanın səməri,

Rubai16281 min
Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə

Bəyan eylə bu, qaliblə kitabum həmçənin xəlqə**Bir şəbi-deysur ki, sərməstani-büqayi nur badeyi-nəvamisdin məxmur və əsbabi-vəqayeyi-həvasdin məhsur idi. Ol gesəbəni-zar bir neçəyar iləç ün mahü səyyar bidarü şəb zindədar, gah mühibbi-razəsəlis vəmətlubeyi-niyazə ənis vəzəmani xümxaneyi-həsrətdin badənuşvə əşki-heyrətdin gülfüruşolub vəsaəti tərkibi-mükəvvinatdəsayiqü lahiq vətərkibi-əşkaldin nətayisi-layiq düzüb, vəqti seyri-müluk ratibəsindən mütəfəkkir vəaşiqü məşuq taifəsindin mütəzəkkir yekan-yekan tedadi-müstəidani-ferəqi-hər zaman edərkən, nagah süruşi-huşim ərseyi-xatirəbu möhməl məzmun yeritdi ki, aya nəsəhətdin müxəddəreyi-nəğli-Vərqavü Gülşa bavüsudi-sihazi-eşqihəqiqət təraz iləsəramədi-səhan vəhüsni-səmalda nəvadiri-dövrandurlar, bəzmi-məhəbbətdəüşşaqi-əzmanəsabiq vərəzmi-xüsumətdəRüstəmidastanəfayiq, meydani-hisrdəsərbazlıqlarıməşhur və əvani-zəsrdə vəfadarlıqlarımənşur. Əselle fohul, bəlağətpişeyi-farsi zəbanan valeh, qəbulifəsahətəndişeyi-türki bəyanan ədəmi-etibariləo bəyanın izdivasından xatirihəzimət vərüxsareyi-əzimət döndərüb, leyaliyi-əfkar və əyyami-emardəol bakirəyəhəmağuşvəol sovdayəhəmduşvəsami-zülal nəqllərindin badənuş olməmişlər. Bu ehmal zahiri-hal ol iki ruhə şəsereyi-məhəbbətəmüəddayixələlü pecman vəmouresi-zələlü xüsran olmağı əsəldin mizani-etibardəol kamil əyarlərin əyari-kari nöqsan vəol sərvi-sənubər nihadlar bir təərrüzibidadəulaşub hədəfi-tiri-təvəhhümi-xəta olalar. Bu haləmüqarin təlieyiilhamü iradat qəlbi-münkəsiriməbu iradət buraxdıvəgərdəni-idraki-xatirimə qəlladeyi-feyzi-izaət taxdıki, ey qəriqi-bəhri-təhəyyürü qəmanü həriqi-atəşitəfəkkürü hirman, əni Məsihiyi-natəvan, guya qayəti-qeyrətü vəfa vənəhayətiisməti-səfa rəva görməmişkim, ol pərdənişini-iffət vəbəzmi-ayini-şəhadətlərinin pərçəmi-əlamlarıhəvagir vənami-namiləri ifşapəzir olub, məhafilü məsalisdəhər bidərdədərdi-zəban vəhər naməhrəmərətbül-lisan ola. Nişəkim bu əzmandəçehreyi-müsameəhelyeyi-vəfa bədəlinəarayişinifaq düzülmüşvəsilsileyi-vəsləti-həqiqət təlsiq vəiqdi-əqidəti-məvəddət tənsiq bilkülliyyəüzülmüş, meyi-məhəbbəti-həqiqi, badeyi-məvəddətiməsaziyəzirdəst vənəşeyi-üzubəti-sami-ələst mərarəti-xümari-küdurətdən pəst olmuş. Çün il iki sitəmrəsideyi-aləmşühud gövhərləri ziar vəsövhərləri vəfadar vəalimiqdar idi, fələki-kəsrəftar ki, lazal işi, dəvarişi qəddarlıq və

16285 min
Tovhiddürür bu bir qəsidə

Tovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,

16282 min
Bu, nəti-rəsuli-müctəbadur

Bu, nəti-rəsuli-müctəbadur**Ey şahi-bəlavü izzü təkrim,

16283 min

Poems by other poets