Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.

Hamısı hümmət edir, qeyrət edir, ibrət edir,Eləyir cümlə nəzər işləri sahman, oyanıb.

Oyanıb millət əcəb, tapdı nicatın yolunu,Oxuyub elm, kəlam etməyə insan oyanıb.

Sübh açıldıqda böyüklər yüyürürlər qabağa,Dalca gəlməkliyə də millət obaşdan oyanıb.

Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab,Çox mübarək, bu “Babayi-Əmir” əlan oyanıb.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire