Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Söyləyib millət sözün sübhi-məsa dad eyləmə!Millətin keçmişlərin barmaqla tedad eyləmə!Milləti-qafil iştəmir sən də ki, fəryad eyləmə!Çox da kəskinləşdirib əşarını ad eyləmə,Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Ay əfəndim! Millətin yoxdur həyadan qisməti,Zəlamü cövrü cəbir zillətdir müdam sənəti.Xoşlamır düzgün həyatı, xoşlayıbdır bədəti.Sən ha qışqır, bir çağır! Vallahi yoxdur qeyrəti,Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Söyləmə bielmlikdən millətim oldu zəbun,Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigünCəhli dağı bir quru şeydir: degildir BisütunIstəyorsan xalidun yaz, fadxülun yaz, yədxülun!Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Millət ancaq “feyma”nın köftarına guş eyliyor,Restoranlarda şərabi-badəni nuş eyliyor,Qəmzeye dilbərmi və nab onu bihuş eyliyor.Sən çağırdıqca, o ancaq yarı bir duş eyliyor.Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.

Gər alimi-şair olsa, yazsa suzişli kəlam,Söyləsə ey “of”i, ya “iskiy”, ya xəlqi-əvam!Olmayun aludə keyfə, cəhlə sühbi-şam.Eyləməz təsiri əsla məst olublar batamam.Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ölsə də tapmaz bu gülüşləri Süratəlmüstəqim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland