İranlılar
Barəkallah, çox nəcib insandılar iranlılar,
Her kim eşşəksə ona palandılar iranlılar.
Gəlməmişdən Məmdəii uymuşdular məşrutəyə,
Etiraz etmişdiiər hər bimürüvvet iutiye,
Nitqidə natiqləri bənzərdi sanki tutiyə,
Zənn edərdi cümlə, şəksiz, qandılar iranlılar.
Hər şəhərde, qəryedə yapmışdtlar bir əncümən,
Coqə-coqe toplanıb eylərdiler fikri-vəten,
Dəm vuraxdı cövri-istibdadidən hər bir yetən,
Guya hürriyyətə qurbandılar iranlılar.
Bənzəyirdi hər biri eşqi-vetən mecnununa,
Can nisar etmişdilər meşrutenin qanununa,
Filhəqiqət, çoxları qoltan olub öz xununa,
Canü dildən işbu narə yandılar iranlılar.
Eylə kİ, xaqani-mənfur eylədi əzmi-vətən,
Dövrünə cəm oldular türkman kimi zağu-zəğan,
Dəfeyi-əvvəi Süpehdar oldu bir peymanşikən,
İrticaya tazədən toplandılar iranlılar.
Əncümənlər hər tərəfdə özgə btr şekl aldılar,
Dövreyi-mənhusi-İstİbdadı yada saldılar,
Vadiyi-cəhlü cəhalətdə hərasan qaldılar,
Əhdü peymanı, hüququ dandılar iranlılar,
Lövhəşaiiah, hanst bir nöqsanlarm tedad edim,
Hansı bir nəğzi-vəfa etdikiərin İnşad edim,
Min deyil, beş min deyİl, mən hansını dəryad edim,
Müxtəsor, bir heykəh-bicandılar iranlılar.
Hər nə məclis qurdular, hər yerde şura etdilər,
Bİr ətin, bir əkməgin taksində deva etdiler,
Hər yerin hakimlərin bir bİsərüpa etdilər,
Onların hər məkrinə tovlandılar iranlılar,
Aldı qanuni-əsası çünki duzdan-maliyat
Mülkədara, rancbərə bəxş etdi bir tərzi-həyat,
Zülmdən istərdi tapsın məmİəkot bir az nəcat,
01 səbəbdən məhvinə davrandılar iranlılar.
Heç rəvadırmı əkinçi, ciftçi yeksər kam ala?
Nazi-pərvər şahzadə küçələrdə ac qala,
Müslümü gəbrü nəsarayə bərabər ədİ ola,
Mərhaba olsun ki, qədrdandılar iranlılar.
Altı min illik hökumət millətə əyməz boyun,
Hcç görübsənmi, çobansız otlaya bilsİn qoyun?
Düşdü meydanə beş-on dinsiz çıxartdı min oyun,
Ol oyundan, ıştə, bağrı qandılar iranlılar.
Aforin məşrutəyə bedxah olan oğlanlara,
Gündə istefa verən, eraz edən əyanlara,
Şükr kim şimdi baxan yox nahaq axmış qanlara,
İrticaya qəlbdən xahandılar iranlılar.
- "Molla Nəsrəddin".4 avqust 1911, N 28
Kitabxana.az · https://kitabxana.az/en/works/qemkusar-iranlilar
Use ← → keys to move, R for a random poem
More by this author
Ötdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
"Bayramlıq"Novruz yetişdi, füqera otdu pərişan,əfsürdə və nalan.
ƏdəbiyyatQurma bihudə, a Molla, bu qəder hengamə sən,Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.
LəzgiNə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.
Poems by other poets · Satire
Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
ÇadraEy mənim munisi-qəlbi-nigaranım, çadra!Səni tərk eyləmərəm, çıxsa da canım, çadra!
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?