Parisdən-Tehrana
“Irzaxan”, sən məşədi, mən hacıyam,Sən elin qəmçisi, mən qırmacıyam.Sən bir az “çəp” yürüyən,Mən də bir az qıyqacıyam.Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?
Gəl bir az əyri otur, düz danışaq:Şah sən ol ya “mən” olum varmı maraq?Söz gedir təxt ilə tac üstə, qoçaq.Sən bu təxtin susuzu, mən acıyam.Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?Millətin tovladı şeytan başını,Şahlığın atdı dibindən daşını;Sən qurursan yenidən bu “maşını”.Təxt üçün sən anasan, mən bacıyam,İkimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?
Deməli, xalq əməyi getdi hədər;Yenə də köhnə “karet”, əski yəhər;Yenə də şəşəələr, dəbdəbələr.Şahlığın sən qazanı, mən sacıyam,Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?
Yenə də əski “saray” əskicə “dam”.Yenə bir şəxsə baxar məclisi-am.Yenə də əskicə tas, əski hamam.Yenə bəs mən “qalısan”, mən “qaçıyam”,Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?
Mən yenə getmiş idim eldən uzaqdı səbətim,El yenə dərdyarı görməzdi uzaqdan sifətim,Sən durubsan başıüstə göz “açammaz ki yetim”.Sən görüm yaxşı müsəlman tacı, mən Rum tacıyam;Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?
Burda var bir neçə sultan edəcək təbirim,Çox ucuz düşməyəcəkdir sənə bu təhqirim,Bu da işdir! “Sən açıl, mən vururam zəncirimi?”“Yaxşı”dır şahlıq əgər, bəs nə imiş təqsirim?Sən saray sahibi, mən bir quruşun möhtacıyam.Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?Yığışıbdır buraya bir neçə nimdaşt sultan,Yox bu millətdə vəfa, sən də olarsan peşman.Mən “avansom” burada sazlamışam bir qəlyan,Gələcəksən bilirəm sən də bu dönməz yoldan.Para göndər, sənə də burda “bi dükkan açıyam”.Ikimiz bir ağacın meyvəsiyik,Nədəndir sən şirinsən, mən acıyam?
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-parisden-tehrana
Use ← → keys to move, R for a random poem
More by this author
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,Etmə nəsib bircə müsəlmanə məktəbi!
Arvadlar deyirlərTanrı kəsibdir bizim ərlərin insafını;Sən ki bilirsən, Baba, onların övsafını?!
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Dəng olduqBəsdir, Baba, danışdın, fəryad sənin əlindən!Bir gün olurmu millət azad sənin əlindən?
Poems by other poets · Satire
"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1
Şpyon axundlaraDoğdu heqiqətin günü, yırtıldı maskalar,Çıxdı üzə cəmali-xəyanətmaabınız.
Üç ildən əfzundur iki fərzəndimÜç ildən əfzundur iki fərzəndimSürülüb qürbətə, dağılıb kəndim.
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!