Lə’nət ola!
Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Bənd olub bir qoca məl’un kişi nadan atama,Sərvətin qılmış idi və’də müsəlman atama,Eylədi hilə nihayətdə bu şeytan, atama,Bəşərin hiləli şeytanına min lə’nət ola!Eşqinə, mehrinə, vicdanına min lə’nət ola!
Az qalır doxsana çatsın yaşı nisbət kişinin,Varlığı bağrımı çatlatdı bu heybət kişinin,Nifrət olsun gözünə sahibi-sərvət kişinin,Özünə, sərvəti-samanına min lə’nət ola!Bığına, xətti-pərişanına min lə’nət ola!
Surəti-alimi gördükcə qanı cuş eylər,Gərdəni-nazımı cəbr ilə dərağuş eylər,Dili-azürdəmi hər baxdığı mədhuş eylər,Ərlərin qorxulu zindanına min lə’nət ola!Kişinin surəti-xortdanına min lə’nət ola!
Tutub ahu kimi öz dami cəfasında məni,Qollanır cəbr ilə öz keyfi-yaşasında məni,Alət etmiş köpək öz zövqi-səfasında məni,Məni canan bulanın canına min lə’nət ola!Gen çuxa, çirkli damanına min lə’nət ola!
Ağlaram hər gecə təskin eləməz malı məni,İncidir get-gedə iyrəndirici halı məni,Qaşıyır kirli qaşovlar kimi saqqalı məni,Qoxumuş ağzına, dəndanına min lə’nət ola!Yekə baş, surəti-heyvanına min lə’nət ola!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-le-net-ola
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.
Hacı Səməd şah?Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.
Diplomatların və İranın notasıMən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.
Müharibə hazırlığıBizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.
Poems by other poets · Love
Səni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.
Təzkireyi-NəvvabHər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.