Page 1 of 2

Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.

Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.

Amerikalı qız isə mənim onunla tez-tez görüşdüyümü məhəbbəimin şiddətinə yozurdu. Bununla belə o, Rusiya-İran və İngiltərə— İran arasında mövcud olan diplomatik xəbərlərlə maraqlandığımı da ıiss eləyirdi. Bunun üçün də o, daima mənimlə görüşdüyü zaman nəni bir xəbərlə qarşılayırdı.

Bu gün səhər çayını bir yerdə içmək üçün mənim vədəmi almışi. Heç şübhə yoxdur ki, onda yeni bir xəbər olacaqdı.

Mən onun evinə girdikdə, orada yalnız qızı və bir də işçi qadını ördüm. Salamlaşdıq, əlini sıxıb əyləşdim. Qız mənim qarşımda gəişir, çay stolu üzərinə bəzi şeylər gətirib qoymaq bəhanəsi ilə vmerikada tikdirdiyi yeni paltarını mənə göstərmək istəyirdi. Əlinən çıxardığı qiymətli şeyləri tamamilə unutmuş kimi idi.

O, bütün hərəkəti ilə özünü bəyəndirməyə çalışırdı və onu bəəndiyimi də gözlərimdən və baxışlarımdan bilmək istəyərək tezz mənə baxırdı.

– Gəl otur, gözəl Hannal Bu gün səndə bir yenilik, xüsusi bir gözəllik görürəm.

Bu sözüm üzərində qız qabağımda durub məndən soruşdu:

– Yeni paltarım xoşunuza gəlirmi?

Mən onun vücudunu çox diqqətlə nəzərdən keçirdikdən sonra:

– Hələlik sən dediyin yeni əlbisəni görə bilmirəm o haradadır? Sandıqdadırmı? Gətir, göstər baxım! – dedim.

Qız təəccüblə, yeni paltarının ətəklərindən tutub mənə göstərdi:

– Əynimdəki libası görmürsünüzmü?

– Görsəydim niyə soruşurdum? Bəs bu yeni geyimin qolları, döşləri, arxası və çiyinləri hanı?

Qız məsələni anlayaraq güldü və yanımda oturub dedi:

– Bu dekoltədir. Amerikalılar indi belə paltarı sevir. De görüm bu paltarım xoşuna gəlirmi?

– Şübhəsiz gəlir. Bahalı, zərif, gözəl, rəngcə də saçlarına uyğun əlbisədir.

– Sən de görüm libasın yaxşılığı harasındadır?

– Vücudun tənasübünü itirməməkdə və bədənə gözəllik verməsindədir.

– Libasım sən dediyin kimidirmi?

– Şübhəsiz!

– Lakin bu libasımın məf?fi bir cəhəti də vardır ki, onu sən təyin edə bilmədin!

– Mən o mənfi cəhəti görə bilmirəm.

– Mənfi cəhət budur ki, bu gənclikdən uzaqlaşmağa başlamış bir qadın libasıdır. Bu görə mənim bundan xoşum gəlmir. Hesab ilə mən gənclikdən uzaqlaşmağa başlamış bir qadın libasını deyil, uşaqlıqdan gəncliyə keçən bir qız libası geyinməliyəm.

Miss Hannanın bu sözləri mənə dərin bir təsir bağışladı, mənim də həyatım gənclikdən uzaqlaşırdı.

– Doğrudur, gözəl Hanna, – dedim. – Mən birinci olaraq səni uşaqlıqdan gəncliyə yeni qədəm qoyan bir qız libasında görmüşdüm. Yenə də mən sənə baxanda haman libası, haman Hamanı, haman dəqiqələri xatırlayıram.

Mənim bu sözlərm sanki qızı haman bəhs etdiyim anlara, haman dəqiqələrə qaytardı, o mənim əllərimdən tutaraq soruşdu:

– Söylə! Söylə! Sən o libası harada görmüşdün?

– Söyləyimmi?

– Söylə, sən o vaxtlardan danışdıqca mən keçmişin xatirələrindən nəşələnir, indi də haman səadətli anlarda yaşadığımı hiss edirmiş kimi oluram.

– Mən o libası dörd tərəfdən akasiya və nəstərən ağaclarının kölgəsində nazlanmaqda olan daş balkonun məhəccərinə söykəndiyimiz söyüd ağacının yarpaqları arasından üzümüzə düşən ayın şəfəqlərilə əyləndiyimiz zaman sənin əynində görmüşdüm. Mən o libası birinci kərə sənin gözlərinə sevimli bir qızın gözlərinə baxan kimi baxdığım zaman, o gözlərdə maraqlı bir sevgi romanının giriş cümlələrini oxuduğum anlarda görmüşdüm. Mən o libası Livarcan yaylasına məxsus axşam ruzigarının qarşısında oturduğumuz, ruzigarın üzümə sovurduğu sarı saçlardan bir qız saçının təbii və təmiz qoxularını dərin nəfəslərlə ciyərlərimə çəkdiyim zaman görmüşdüm. İndi mən yenə də haman sərin gecələri, bizi qanadları altına almış ay ziyasını, nəstərən çiçəyinin ətirlərinə qalib gələn saçların ətrini, söyüd yarpaqlarının Hannanın çöhrəsində oynayan kölgələrini, qarşımızdakı hovuzun suyunda görünən iki çöhrənin əksini xatırlayıram və yanımda haman Hannanı görürəm.

Hər gün belə sözlər söyləmək mənim adətim idi. Qız belə sözlərlə maraqlanır və keçirdiyi günləri xatırlamaqla ürəyi yumşalır, ağlayır, sonradan ümumi söhbətlərə başlayırdı.

Bu günlər mühüm günlər idi. İngiltərə və Rusiya hökumətləri bir ərəfdən İran işləri üzərində boğuşur, digər tərəfdən də dünya mühaibəsi üçün bir ittifaq düzəldirdi. Buna görə də başını çiynimə söyəyən bu amerikalı qızın ümumi məsələlərə tez keçməsi və yumalması üçün ona, hissinə toxunan o zamanları xatırlatmaq lazım idi.

Miss Hanna xatirələrin təsirləri ilə başını mənim sinəmə sıxaraq:

“Doğrudur, dedi, – mən o zaman, o səadətli əlbisəni daşıdığım nlarda, səndən təkrar-təkrar unudulmaz bir söz eşitmişdim.

– Mənim təkrar-təkrar söylədiyim hansı sözlər idi?

– Sən onda: cHamna, sənin iradən xaricində heç bir hərəkətdə ulunmayacağamlb demişdin və sən indi o sözləri unutmusan.

Bu sözlərdən sonra onun göz yaşları yeni əlbisənin ətəklərinə külməyə başladı. Mən hissi söhbətlərin bununla bitəcəyinə və əsl əsələyə keçə biləcəyimizə əmin idim. Bununla belə ona yenə bəzi ylər demək lazım idi.

– Ağlamağa lüzum yoxdur, gözəl Hanna. Mən o sözləri yenə də təkrar edirəm: sənin iradən xaricində heç bir hərəkətdə bulunmayacağam. Lakin sən bilirsən ki, hazırkı mühit insanların iradəsilə hesablaşmaz, insana öz iradəsi ilə hərəkət etmək imkanı verməz, sən özün söylə, öz iradənə hakim ola bilirsənmi? Yaşadığımız mühit və təsiri altında bulunduğumuz üsuli-idarə şəxsi iradənin azadlığına imkan verməz. Şəxsi iradə ilə yaşamaq imkanını əldə etmək üçün verilən qurbanlar isə hələlik müvəffəqiyyətli bir nəticə vermədi. Gözəl Hama, insanlara vicdan azadlığı vermək istəyən və insanların şəxsi iradəsinə yardım etmək yolunda çalışan fikirlərə yardım göstərən çox azdır. Sən də, mən də bu kimi fikirlərə yabançıyıq. Böyük kütlələrin azad həyatla yaşaması uğrunda verdikləri qurbanlara laqeydcəsinə baxmaqdayıq.

Hanna başını sinəm üstündən qaldıraraq dağınıq saçlarını barmaqları ilə daradı və tam gözlərimin içinə baxmağa başladı:

– Mən sənə and içərəm, – dedi, – hərgah mən o fikrə xidmət edənləri görsəm, onları qəlbimdəki sağlam arzularıma inandıra bilsəm, onlara yardım verər, onların dalınca gedər və o yolda verilən qurbanların məzarı üzərində saçlarımı açaraq, bir bacı kimi ağlardım.

Miss Hama bu sözləri söyləyərək yenə də ağladı.

Qadın üçün sürətlə ağlamaq və gözündən şəlalələr axıtmaq o qədər də təəccüblü deyildir. Onlar ən kiçik bir hadisənin təsiri altında göz yaşı tökməyə hazırdırlar. Bu göz yaşları heç vaxt və heç kəsi onun inqilabçı olduğuna inandıra bilməzdi. O, inqilaba qarşı ona görə hüsnü-rəğbət bəsləyirdi ki, inqilabın Rusiya və İngiltərə əleyhinə işlədiyini görürdü.

Siyasi cəhətcə tam savadlı olan bir alman qızının, xüsusən Almaniya mənafeyini müdafiə üçün gizli bir məqsəd daşıyan Hannanın məqsədi uğrunda inqilaba müəyyən çərçivələr daxilində yardım göstərmək istəməsi də təəccüblü deyildi.

Miss Hanna durub içəri otağa keçmişdi. Otaqdan çıxıb mənim yanımda oturduğu zaman, mən onun əynində Livarcan yaylasında geydiyi ipək geyimini gördüm. Əlbisənin döşlərində ulduz biçimli ləkələr də mənə tanış idi. Mən bunun üçün miss Hannaya sual verdim:

– Nə üçün ləkələri təmizlətdirmirsən?

O:

– Bu ləkələr heç zaman təmizlənməz, – dedi, – çünki onlar bizim ilk tanışlığımızın qiymətli nişanələridir.

Bundan sonra yenə də iş otağına keçdi və bir azdan sonra əlində kiçik bir paket qayıdıb gəldi.

– Sənə qiymətli bir yazı göstərmək istəyirəm, – dedi. – Bu kağız İngiltərə və Rusiya dövlətlərinin İranı bölüşmək üzərində başladıqları ixtilafın mahiyyətini göstərən mühüm bir vəsiqədir. Rusiyanın London səfiri Bekendorf Rusiya xariciyyə naziri Sazonova göndərdiyi 164 nömrəli teleqramında İran nefti üzərində qalxmış İngiltərə— Rusiya rəqabətinin bəzi mühüm nöqtələrini aydınlaşdırır. Teleqramın surətin Tehranda Rusiya səfiri Korostovtsevə göndərmişlər. Bu teleqram rus səfarətindən oğurlanaraq, Amerikanın Tehran missiyasına satılmışdır. Üç gün bundan əvvəl surətini Amerikanın Təbriz konsulxanasına gətirmişlər. Hərgah belə vəsiqələrlə maraqlanırsansa oxuya bilərəm.

Mən:

– Çox məmnunam! - dedikdə o, çox razı qaldı və teleqramı oxudu:

«London səfiri: xariciyyə işlər nazirinə

11:iyun 14-cü il, teleqram 164. Xüsusi:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets