İki ildir ki, vəfat etmiş ərim Kəblə Cəfər,İşləyib öz başımı saxlamışam bircə təhər,Gündə bir evdə gedib eyləmişəm şamu səhər,Fal açıb söyləmişəm «bəndi-zəban», Molla dayı,Olmuşam məhrəmi-əsrari-cahan, Molla dayı.

Harda toy varsa gərək mən bişirəm aşlarını,Kim ərə getsə, mən allam gəlinin qaşlarını,Silərəm, hər kim əza saxlasa, göz yaşlarını,Səsinə səs verərəm etsə fəğan, Molla dayı,Tə’ziyə sahibitək sinəzənan, Molla dayı.

Küçədən hər yerə qız köçsə, özüm yenkəsiyəm,Toyda xəl’ət, yasda isə ölü paltarı geyəm,Hər məhərrəmdə varımdır nəzirim, növhə deyəm,Çalalar namıma təblü baraban, Molla dayı,Qalmışam indi bir işdən nigəran, Molla dayı.

Yığmışam bir neçə yüz tazə manat müxtəsəri,Vacib olmuş mənə axırda Xorasan səfəri,Hər işim hazır idi, qalmış idi bircə əri.Onu da tapmışam axırda, inan, Molla dayı,Daha durma gəl uçağ indi, aman, Molla dayı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire