Ağa Şeypur
Yazdım sənə bu naməni pünhan, ağa Şeypur!Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!Bən zənginəm, oğlum da, bənəm nazıyla pərvər,Konfet, şakaladlən böyüdüb xərcləmişəm zər,Hər gün yüzinə pudra çəkir, əgni müəttər,Qamətdə bulunmaz ona bir kimsə bərabər,Rüstəmlər olur şəstinə heyran, ağa Şeypur!Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur!
Insafa rəvadırmı bu cür nazlı, dilavər,Əsgər gedib olsun kişi bir tabvərə mütəhhər,Dün söylədi ruhani bizim molla Səməndər,Oğlun keçib on doqquzu olsun gərək əsgər,Vardırmı belə şəxsdə vicdan, ağa Şeypur!Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!
Dutdum yaxasın, söylədim ay molla filani,Insafmı ki, əsgər verəsən böylə cəvanı?Əsgərligə yaz bir kasıb oğlun çıxa canı,Vallah dutaram, yırtaram əgnində əbanı,Az qaldı düzəldim yekə meydan, ağa Şeypur!Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!
Əsgər olub oğlum, bunu mən etmirəm inkar,Bir şişka taxıb, yaxşı çuxa, qırmızı şalvar,Amma o zaman məskəni veçerdi, ya bulvar,Vardı nə ölüm onda, nə düşmən, nə də əğyar,Hər gün qazanır, hər gecə şantan, ağa Şeypur!Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur!
Imdi daha yox qırmızı şalvar, nə də şantan,Var bircə tüfəng, güllə yağır əsgərə hər an,Bir böylə oda öz xələfin sövq edər insan?!Oğlum olub əvvəlki işindən də peşiman,Yetmiş hələ gizlənməgə biiman, ağa Şeypur!Çox da işi uydurmuşam asan, ağa Şeypur!Əmma ki, paxıldır bizim insan, ağa Şeypur!Çox qorxuram dolsun danos hər yan, ağa Şeypur!Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-aga-seypur
Use ← → keys to move, R for a random poem
More by this author
5 pərdəli faciə**Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir.*
Ədirnə fəthi6 pərdəli facieyi-inqilabi**İştirak edənlər
GözləriAla gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –
Aslan və FərhadBöyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Poems by other poets · Satire
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Şuradan əlim çıxdı...Şuradan əlim çıxdı, lap oldum evi bərbad,Faş etdi bütün sirrimi mürtəd qızı arvad.
Nə xabi-qəflətdi divanə könülMirzə Fətəliyə*Nə xabi-qəflətdi, divanə könül,