Vıveskayı türkcə yaz,Latınca yaz, rusca yaz.Verildi prikaz,Yaz dedilər, yaz!Tapıldı rəngsaz,Verildi pul az,Yaz dedilər yaz!Indi buyur, lövhəyə bax,Sözlərin hamısı dalqabaq:“Parçaçı” olmuş “paçaçı”,“Bəzzaz” olub “baz”.Yaz dedilər yaz!“Baqqalı” yazdı “saqqal”,“Baksayuz”u “bakmayuz”;“Azsayuz” oldu “Azsatuz”,Maşın satan “maz”,Yaz dedilər yaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire