Təraneyi-qəmpərvəranə
Cahanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Mən idrak etmədim dünyayə gəlməkdən nədir hikmətYaratmaqdan nədir hikmət bizi sübhanə, bilməm ki?
Mücəssəm bir xəyalə bənzəyir timsalı imkanın,Neçin dildadeyi-şövqüz xəyalistanə, bilməm ki?
Kitabi-kainatın sirri heyrətbəxşi-imandır,Bu sirri kəşfə yoxdur yol neçin imanə, bilməm ki?
Bütün zərrati-aləm məzhəri-əsrari-qüdrətdir,Bunun həllində acizdir neçin fərzanə, bilməm ki?
Düşündükcə fəcayegahi-dəhrin hali-dilsuzun,Neçin aşiq olur dərdü ələm vicdanə, bilməm ki?
Bu zülmabadi-giytidə fəqət bir namı var ədlin,Olurmu ədl ilə məmur bu viranə, bilməm ki?
Sitəmpərvərlərin çoxdur müinü yari aləmdə,Neçin rəhm eyləyən yox hali-məzlumanə, bilməm ki?
Neçin fəxr eyləsin əhrarə zülm etməklə istibdad?İlahi, tabəkey bu zülmi-qəddaranə, bilməm ki?
Cünunpərvərlərin fikri olub alimpəsəndanə,Neçin məyubdur rəyi-fəlatunanə, bilməm ki?
Olubdur müstəbiddan calisi-övrəngi-istiğna,Neçin zillət nəsib olmuşdur əhraranə, bilməm ki?
Ziyavü zülməti təmyizə yoxmu dideyi-idrak,Niyə nuri-həqiqət çıxmayır meydanə, bilməm ki?
Olub arayişi-baği-səadət cəhlpərvərlər,Neçin arif yaşar dünyadə bədbəxtanə, bilməm ki?
Həzaran bülbülan baği-fənadə naləpərvərdir,Nə məcbur eyləmişdir bunları əfğanə, bilməm ki?
Ürək al qanə dönmüş, Hadiya, hüzni-ümumidən,Bu hüznü bəxş edən kimdir dilü vicdanə, bilməm ki?
Nəsibi xuni-dildir bu fəna mülkündə əhrarın.Əcayib bir müəmmamı bu tilsimxanə, bilməm ki?
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-teraneyi-qemperverane
Use ← → keys to move, R for a random poem
More by this author
Nisaiyyuna işarət*İstanbulda cinsi-lətif darülfünuna qəbul edilir.*
Bahari-əfkarQəlbimdə sənə bir əzəli eşqü məhəbbət –Vardır, gözəlim, bəxş qılıb həzrəti-fitrət.
Dün axşamın ilhami-yetimanəsiDün axşam idi, mən gəziyordum yetim-yetim,Bir yoldaşım var idi ki: hüzn ilə möhnətim...
Asi şe'rlərEy üqdəsi açılmayan əsrari-kainat,Ey anlaşılmayan əzəli validi-həyat!