Dostum Cəfərə

Sərhəd çəpərləri sökülür, Allah!Bu necə yuxudurBu necə haqdı.Zaman öz hökmünü qandallayacaq,Tarix öz yoluna qayıdacaqdı.

Özümdən-özümə muştuluq yetər,Gözlərim, sizin də gözünüz aydın!Qəlbimdən birbaşa Təbrizə gedənBir yol cilovladım, bir tel ayırdım.

Ağlın inqilabı: bu haray-həşir,Babamın qəbrinə çatsın bu xəbər...Sərhədçi qımışır, dağlar gərnəşir,Qorxmazlar qorxunu yedəklədilər!

Qoca Xudafərin qulağı səsdə,Kim uçan tağına dayaq düzəldər?

Bu dərə yarğanda, bu dar qəfəsdəQəddini düzəltsə, ayaq düzəldər.

Paslı çəpərləri bu hansı qayçı?..Bu xəbər baş aldı, Günəşdən, Aydan.Ürəyim özümdən əvvəldə qaçır,Şəhriyar oyandı bəlkə bu haydan.

Ağarmaz qarası ağ ləkələrin,Unutmaz bu dağlar bu səsi, qardaş!Binası «dağılmaz» səksəkələrinBinəsi dağıldı, binəsi, qardaş!

Gücsüzlər güclüdən güclüdür bu gün,Yara qaysaqlanır – kim sızıldamaz.İlahi, ilahi haqqına şükür,Daha daş ağlamaz, sim sızıldamaz.

Xəyanət yoluna haqq deyir hələ,Gözünə göz taxıb durudan duru.Həsrətlər körpüyə yetməyib hələ,Pasportlu yalanlar növbəyə durur.

Tanrım, bədnəzərin gözünə xəncər,Alınmaz qalaydı bu hasar – uçdu.Quşlar məclisinə güllədən öncəQorxusuz-hürküsüz durnalar uçdu.

Qalib də, məğlub da bu dəmdə eyni,Sərhəd dirəkləri sökülür, Allah.Sənə də min rəhmət İmam Xomeyni,Sənin də haqqına min şükür, Allah!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love