Əsrin yalanları, əsrin vədləri
Bu əsrin yalanı tükənmir, artır,Bu əsrin vədləri ilğımdı deyən,İnsan da insanı uçruma dartır, –Bu mənim insana qayğımdır, – deyə.
Düşmənə yük çəkir itən yolumuz,Biz hələ şirincə yatmaq işində.
Bağlanıb sabaha gedən yolumuz,Biz hələ dünəndə yortmaq işində.
Hayımız, küyümüz göyə yüksəlir,«Kimsə başımıza gül ələyəcək».Və ya da «ulduzlar tökülüb gəlib,Hamını evində güllələyəcək».
Gah elə qürrəli, gah elə xoflu,Hamımız bir səsli, bir adam kimi,Hamı cilovludur, hamı buxovlu,Hamı da sozalan yağsız şam kimi.
Kiminsə ikrahı, kimin istəyi,Dünənki bəxtəvər bugünkü yazıq,Fikirli görürəm Əbülfəz bəyi,Nəriman narazı, Söhrab narazı.
Çörək dükanları boş olur bəzən,Yalan dükanları ağzına qədər...Vəzir də, vəkil də seçə bilərsən,Qartaldan, qarğadan, quzğuna qədər.
Bu əsrin vədləri bu qırıq tikə,Nə yeyən görübdü, nə görən yeyib.Bu qırıq tikəni ona göz dikən –Qazanan yeməyib, götürən yeyib.
Bu elin qibləsi itibdi, vallah,Kim ona yön tapsa – dahimiz odur.Aldansan, bu yurdun qızına aldan,Onun da and yeri bu yurd oğludur.
Mən də haqq yolunu keçmişəm, – deyim,Vəd yalan olanda yalan vəd olur, –Onun da «avtoru» cin-şeytan deyil,Hamımız tanıyan bir namərd olur.
Bu əsrin yalanı külək atlı ki,Hər bənddən, keçiddən çıraqlar asın,Ehtiyatlı olun, ehtiyatlı ki,Gələn əsrimizə yalan sızmasın.
6 dekabr 1992
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-esrin-yalanlari-esrin-vedleri
Use ← → keys to move, R for a random poem
More by this author
Fikirli oluram, tutqun oluram,Qanı soyuq bilir dost-tanış məni.
Əlvida, dağlar!Bəlkə bu yerlərə bir də gəlmədim,Duman, salamat qal, dağ, salamat qal.
GöygölÇiskinli bir gündə gəldim bu yerə,Dumanda görünməz – dumandı Göygöl.
Naməlum qəhrəmanSən dəniz qoynunda, dəzgah dalındaTarlada, zavodda... hər yerdə varsan.
Poems by other poets
Derdim o məst gözlərinin çox bəlası var,Gördüm o qara zülfü onun da xətası var.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
عارفان از دو جهان صحبت جانان طلبندتنگ چشمان گدا ملک سلیمان طلبند
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri