Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,Məfkurə yolunda tökülən qan hədər olmaz,Qiymətli olan xuni-şəhidan hədər olmaz,Dul qalmış olan növheyi-nisvan hədər olmaz,Bax səs sonuna, hikməti-türkan hədər olmaz,Bədbəxt olan əğfani-yetiman hədər olmaz.
Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməriz əldən,Xof eyləmədik atəşi-dəhhaşe düvəldənBir zərrə belə qorxmayırız dəsti-əcəldən,İstərsə cahan çevrili varsın da təməldən.Türkün üzü çevrilməyəcək səmti-əməldən,Türklər geriyə dönməyəcək müslih əməldən.Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Türkün tökülən qanları bihudə gedərmi?Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-turkun-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Çal nəğmeyi-hürriyyətini, guş edəlim, çal!Sun badeyi-canpərvərini, nuş edəlim, çal!
Ey pəriyi-istiğna!Hicrin misalı canımı yandırdı vüslətin,Hirani-eşqdirmi behişti təbiətin?
EydiyanəGəl, ey bəhari-təcəddüd, güzər qıl İranə,Nigahi-həsrəti fırlat da bu gülüstanə.
Əfkari-pərişan, ya ki təraneyi-təhəyyüranəBu dəhrdə ismi-bimüsəmma –Hürriyyətü ədldir, müsavat.