Ey mütribeyi-dövri-təməddün
Çal nəğmeyi-hürriyyətini, guş edəlim, çal!Sun badeyi-canpərvərini, nuş edəlim, çal!Huri-əməli biz də dəraguş edəlim, çal!Keçmişləri mətrukü fəramuş edəlim, çal!
Çal, halımıza aləmi heyran edəlim, çal!Bu hal ilə müstəqbəli şadan edəlim, çal!
Ey aləmi məftun qılan dilbəri-vicdan!Sövdazədələr eşqin ilə olmada suzan!Sən eylə təcəlla, ola zülmat girizan,Şö'lənlə olur məş'ələyi-ruh füruzan,
Çal əhviyəni, dilləri cuşan edəlim, çal!Nurunla dili-müzlimi rəxşan edəlim, çal!
Ey cilveyi-fəyyazeyi-fəyyaztəbiət!Ey şiveyi-rəqqasə və ey nuri-həqiqət!Çıx, ərzi-cəmal eylə ki, gülsün bəşəriyyət,Biz də tapalım nəş'eyi-vəslinlə səadət,
Çal, nəğmən ilə gülləri xəndam edəlim, çal!Hicranzədə bülbülləri guyan edəlim, çal!
Olduqca vəzan bəhri-dilə ənfüsi-canan,Eylər dilimi mövceyi-ilham ilə cuşan,Zənn eyləyirəm kəndimi ümmani-xürüşan,Düşməklik üçün sahilə dürdaneyi-ürfan,
Çal, aləmi müstəğrəqi-ürfan edəlim, çal!Afaqi kəmalat ilə taban edəlim, çal!
Təbrik edəriz sə'yini əhrari-zəmanın,Biz də görərizmiş üzünü huri-cinanın,Əhsən, nə gözəl bəhcəti var tazə cahanın!Duymaqlıq üçün zövqünü dünyayi-cəvanın,
Çal, ləhceyi-Davudini im'an edəlim, çal!Pirani də, şəbbani də rəqsan edəlim, çal!
Bir nəzreyi-lütfünlə, əya huri-füsunkar,Minlərcə həqiqət olar aləmdə nümudar,Dünya kəsilər cənnəti-hürriyyəti-əfkar,Kəşf eylə ilahi rüxünü, seyr edə əhrar,
Çal, dilləri, vicdanları rə'şan edəlim, çal!Alamı sürurunla pərişan edəlim, çal!
Hürriyyət ilə kəsb edəlim-feyzi-məali,Biz də olalım paybərəndazi-təali,Düşdükcə dilə şə'şə'eyi-hüsnü cəmali,Alqışlayalım həzrəti-Midhətlə Kəmali,
Qəbrində Süaviləri xəndan edəlim, çal!Ərvahi-şəhidani də rəqsan edəlim, çal!
Atidəki əlhani edək biz dəxi təkrar:Ey həsrəti-hürriyyət ilə can verən əhrar!Haqqın yoluna oldunuz ən şanlı fədakar,Şimdi olunuz aləmi-nasutə nigəhdar.
Ey mütribə, çal gözləri vəlhan edəlim, çal!Dünyaları aşüftəvü heyran edəlim, çal!
Ey bədrəqəvü rəhbəri şəhrahi-həyatın!Vabəstə deyilmi sənə müftahi nicatın?Tənvir ediyor səhni-cəhani ləmə'atın,Gəldikcə dərəm guşimə hərdəm nəğəmatın:
Çal, dilləri balalərə pərran edəlim, çal!İnsanları amalə şitaban edəlim, çal!
Meyvəndir, əya nəxli-məali və səmərdar,Bağı-mədəniyyətdə təcəlla edən asar,Sayən düşən iqlim oluyor qərqeyi-ənvar,Sən nerdə təbəssüm eləsən, ağlamaz ənzar.
Çal sazını, ağlar gözü xəndan edəlim, çal!Hürriyyətə düşmənləri giryan edəlim, çal!
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-ey-mutribeyi-dovri-temeddun
Use ← → keys to move, R for a random poem
More by this author
Çöhreyi-dilbərani-fəttanı –Baxışımla öpən zamanda dərəm:
Əzhari-əfkarHəqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx!Görün qaranlığa batmışlara camalın açıq!
Pəyami-dilaramNisaiyyuna işarət*İstanbulda cinsi-lətif darülfünuna qəbul edilir.*
Bahari-əfkarQəlbimdə sənə bir əzəli eşqü məhəbbət –Vardır, gözəlim, bəxş qılıb həzrəti-fitrət.
Poems by other poets
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi