Hekayeyi-eşq
Eşitdim mən ki, Məcnuni-diləfkar –Olunca mövti-Leyladən xəbərdar,Qalıb mədhuş, oldu zarü giryan –Civari-qəbri-Leylayə şitaban.Göründü bir çocuq, durmuşdu həsir,
Nigahi-həsrəti ətrafə sair,Dedi: “Ey tifl, nerdə qəbri-Leyla?”.Çocuq güldü... dedi: “Ey piri-dana!Cahani-eşqə sultanlıq qurarsan,Nə qəflət, qəbri-Leylanı sorarsan?Məzaristanə get, hər qədri yoxla –Və hər bir qəbrdən xak al da, qoxla.O yerdən ki, duyarsan buyi-sevda,Şu yerdir istirahətgahi-Leyla”.
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-hekayeyi-esq
Use ← → keys to move, R for a random poem
More by this author
Lütf et, geri gəl, dar-dilimə munisə-can ol!Bu yanmışa sən məhrəmi-əsrari-nihan ol!
Dinlə, gözəlim!Alati-tərəb, dinlə, nə təqrir ediyorlar,Gizlin içiniz bədəni, təkfir ediyorlar.
Ümidi-vüsali-canan, yaxud qəm yeməMahi-Kən'anın gəlir, ey piri-Kən'an, qəm yemə,Beyti-əhzanın olur bir gün gülüstan, qəm yemə.
Təraneyi-tövhidƏsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl,Fəzayi-feyzi gör, kami-dilincə xoş tamaşa qıl.
Poems by other poets · Death
Üzündə xalqının böyük kədəri,Xəyalında vətən xatirələri
Bəzən haqq qazanır insan öləndəBəzən haqq qazanır insan öləndə,Hətta unudulur ağır günahı.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
La'ali-Manzuma, chapter 19آغشته بخون پیکر شاه مدنی بیندرۀ نجفی رنگ عقیق یمنی بین