Təcnis: Ov bərəsin gözləməyən ovçunun
Ov bərəsin gözləməyən ovçunun,Ovunu görcəkin nə tur sinə,Ay cəmalın gördüm, əqlim itirdim,Bu nə qədd-qamət, nə Tur sinə
Bayqunun meylini yardan eylə sən,Müdam çeşmimi yardan eylə sən,Yarı məndən məni yardan eylə sən,Bəla yetib könlün nə tur sinə
Şikəstə Salehəm müdam oxram,Ay cəmalın gördüm, oldum oxram,İki əlif, iki eyni oxuram,İki lam yazılmış nə Tur sinə
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-saleh-tecnis-ov-beresin-gozlemeyen-ovcunun
Use ← → keys to move, R for a random poem
More by this author
Yardan ver bir xəbər,Dildardan ver bir xəbər.
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
ÜnçəqayGəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,