Fəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.

Bax ki, bu dərgahda duran bəndələr,Səltənət almış, özü bitəxtü tac,

Şəhdi-ləbindən acı sözlər belə,Ruhə verir ləzzətü zövqilə bac.

Gözlə ürəkdən əcəb aldın təvan,Almamış heç kəs bu cürə bir xərac.

Mənfəət axtarma bu bazardə,Qəlb yolu tapmaz belə yerdə rəvac.

Piri-Muğandan dilədim hümməti,Söylədi dərddir yenə dərdə əlac.

Maqta — the closing couplet bearing the poet’s pen name. Cami-mey al dəstinə, ey Qüdsi, sən,Gizli qalan sirləri dünyayə aç!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets