Ey bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!

Gah Qaf dağına çıxmadayam, gahi cahanda,Avarə dolannam da vilayət bə vilayət.

Gah Qıpçağa, gah Rumə, gah İranə gedib mən,Gah da edərəm Rus, Lehistanə əzimət.

Mən bixəbər oldum bu cahandan, o da məndən,Bir itmişə bundan da gözəl varmı əlamət?

Qürbətdə bu bəsdir ki, tapılmaz elə insan,Yaxşı, pisimi eyləyə təhsinü məlamət.

Bir xeyr yoxmudur ki, nə qürbət nə vətəndən,Bihudə olur ömri-giranmayə də ğarət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bundan belə bir künci-xərabata düşərdim,Qurtarsam əgər, Qüdsi, bu dəm canı səlamət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation