Dil eşq yolunda zar olubdur,Bir gül həvəsində xar olubdur.

Xunabə dönübdü rəngi-zərdim,Bu gülşən üçün bahar olubdur.

Dövrani-fələk müxalif olmuş,Can düşməni-ruzigar olubdur.

Dilbər qəmi, dustlar fəraqi,Dərdim bir ikən həzar olubdur,

Mən etmə kəlamım olsa dilsuz,Söz mənşəi pürşərar olubdur.

Xunin ciyərim bəsani-lalə,Əfsurdəvü dağidar olubdur.

Qəm bihədü dərd banihayət,Möhnət dəxi bişümar olubdur.

Hicran sitəmi alıb qərarım,Gün nuri gözümdə tar olubdur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hicrində düşüb bəlayə, Qüdsi,Sərgəştəvü biqərar olubdur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation