Əziz yarım, niyə məndən küsübsən,Gəl bizim bağlara gəzək, barışaq,Axıdıb didəmdən qanlı yaş tökmə,Al qələmdən əlinə yazaq, barışaq

Mən səni sevmişəm bundan əzəli,Tərk etmərəm sənin kimi gözəli,Danışan dilindir şirin məzəli,Sal ağzım içinə əzək, barışaq

Yazıq Məhəmmədi salgilən yadə,Həsrətin çəkməkdən gəldim fəryadə,Rəbb yetirsin bizi muradə,Qol-qola salıb gəzək, barışaq

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets