Yenə bu könlümə saldın bir talan,Nihan yerdə gəlib yada düşən yar.Əzəl mənim ilə danışıb-gülən,İndi yadlarman bayramlaşan yar.

Doğrayıban ciyər-bağrım yargilən,Xəzəl kimi saralıban solgilən,Hara getsən, qayıdıban gəlgilən,Ya bir ərin ölsün, ya da boşan yar.

Məhəmmədin könlün sən dəlməyəsən,Bu dünyadan bir mətləb almayasan,Günün qara keçsin, heç gülməyəsən,Həmişə ağlamaq olsun peşən yar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets