Məcnunun məskəni səri-kuy olar,Səcdəgaha sən divana gətirmə.Əhdə vəfalıyam, peymana mərdəm,Min bəhanə qaibana gətirmə.

Əl götürməz gözüm gözlə savaşdan,Geyin əndamına aldan, qumaşdan.Bir seyrə çıx laləzarı o başdan,Pünhan gəzib, məni cana gətirmə.

Tənə gəlməz pərvanəyə yanmaqdan,Al canımı, qurtar məni dannaqdan.Sədaqətdə Alı çıxıb sınaqdan,Əbəs yerə imtahana gətirmə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets