Çoxu aşıqlığa iqdam eylədi,Əlində çaldığı saz ola bilməz.İstəyir ki, matahım xırd edə,Hərifi dəhanda düz ola bilməz.

Qulluq eyləməyən ustad pirinəNədən bilməm özün salar dərinə?!Ala qarğa düşsə su kəmərinə,Silkinər, çalxanar, qaz ola bilməz.

Göyçə mahalımdı, Alıdır adım;Ümidim, pənahım, mənim imdadım.Atəşliyəm, səni yandırar odum,Eşq əhlində atəş az ola bilməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets