Ey könül, qafil olmaƏliyül imrana bax,Məhəmməd şəninə gələnAyeyi-Qur'ana bax.İsmayıl getdi MinayaOna qurban olmağa.Cəbrayıl bir qoç gətirdiSürməli qurbana bax.

Adəm ki, yedi buğdanıBir görün nə etdilər,Ol xudadan əmr olunduSərəndibə atdılar,Adəmnən Havva anaBir-birini tapdılar,Həvva doxsan oğlan doğdu,Gərdişi-dövrana bax.

Gəl biçarə Aşıq AlıSeç bil mövlanı tanı,Qabil vurdu, Habil öldüEylədi nahaq qanı,Haqq-taladan əmr olunduSu götürdü dünyanı,Ol gəmiyə nicat verənQadiri-sübhana bax.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love