Qocalıq
Axtarıb tapdı məniBilmirəm hardan qocalıq.Ağlımı aldı başımdan,Huşumu sərdən qocalıq.İşimi əskik eylədi,Lap yerbəyerdən qocalıq.Müxtəsəri, qoydu məniXeyirdən-şərdən qocalıq.
Dən düşdü saçlarıma,Əzəl xəbərdar eylədi.Hər iki yan qrovladı,Ölkələrə car eylədi.Arvad baxıb bədəniməHər işimi zay eylədi.Axırda ayrı saldıYarı yavərdən qocalıq.
İstədim duram gedəm,Qaranlıq çökdü gözümə.Keçən günlər yada düşdü,Əlimi vurram dizimə.Oğul-uşaq qulluq etmir,Daha baxan yox sözümə.Üzümü soyuq eylədiBorandan, qardan qocalıq.
Fələk məni oda saldı,İki idim, yek eylədi.İstədim uzaq görəm,Uzağı yaxın eylədi.Ölüm yoxdu, keçib tamamDoxsan idim, yüz eylədi.Vurnuxuram yüzü keçəm,Alıbdı candan qocalıq.
Söyləyir Aşıq Alı,Mən neyləyim qocalığa.Deyirlər sərgini gözlə,Quşu qoyma yarmalığa.Hər kəs gördü, götürmədi,Döndüm əski yamalığa.Aləmdə car eylədiGözümü nurdan qocalıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-qocaliq
More by this author
Poems by other poets
Bir ağlamaq sədası gəldi guşuma,Aman ana, dur gör ağlayan kimdi,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
The Seven Beauties, chapter 23One day with an ascendant auguring good (King) Bahram took his place upon the throne.Where’er there was a king or emperor, a giver or a holder of the crown —
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,