Bəd gəldi ruzigar, döndü zamana,Baxmaynan yaxşıya, yamana, könül,O vaxt bənna idin bürc hasarında,İndi də yatıbsan nə xanə, könül?

Kəsildi məhəbbət, hörmət azaldı,Uşaq da, böyüklə üzbəüz oldu,Tərk oldu mərd iyid, qurğu pozuldu,Zaya getdi ilqar kamana, könül.

Hanı ağ sürülər, daşqınlı sellər,Əcəb tamaşalı sonalı göllər!Səddi qəhrəmana bənzəyən ellər,Qərq oldu dəryaya, ümmana, könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets