Nə şövq ilə gərdəninin üstünə,Darayıb tökübsən teli, Zərnişan.Bir gün aşiqindən aralı düşsən,Axar gözlərinin seli, Zərnişan.

Geyibsən ayağa çəpkən başmağı,Sənə var aşığın dastan qoşmağı,At üzdən niqabı, götür yaşmağı,Çağır tamaşana eli, Zərnişan.

Dost üçün, el üçün Alı da kilid,Vəfalı gözəlin alı da kilid,Baş qoyub hökmünə bir tərlan igid,Deyib dediyinə “bəli”, Zərnişan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love