Dolananda yad diyarı,Müdam sorağım ellərdi.Qəmli qəlbim novbahardı,Qürurlu dağım ellərdi.

Gül dərdim, gülə bənd oldum,Bir tuti dilə bənd oldum,Gəşt etdim, elə bənd oldum,Eşqim, marağım ellərdi.

Bu Alıyla qada yetə,Cəm olarlar - səda yetə.İgidləri dada yetə,Zağlı yarağım ellərdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets