Ustad Səməd ilə aşıq Valehin 2-ci deyişməsi
Aşıq Valeh
Gənc çağımda könül gəlib ilhama,Atəşdə qaynayan tiyanam indi.Dərk etmişəm kainatın sirrini,Dalğalı-tufanlı ümmanam indi.
Ustad Səməd
Eşqi canda gəzir, elmi sərimdə,Eşqini elmində duyanam indi.Həyat cavan, ömür keçdi, qocaldım,Həsrət kamlı cismi -uyanam indi.
Aşıq Valeh
Çox şirindir hər nemətim kan deyir,İlham verir, eşqi sərdə yan deyir,Dil dahanda düzdü, mehriban deyir,Nə dadıb, nə yeyib, doyanam indi.
Ustad Səməd
Möhnət qohum mənlik mənə yad deyir,Arzu şirin, xəyal sərdə dad deyir,Ay ağlayır, ömür ilə bad deyir,Əlim çatmır tutam, dayanam indi.
Aşıq Valeh
Könül meyl salmaz şana, şöhrətə,Fikir yaddır xəyalətə, möhnətə.Əlimdə saz, bir səyyaham xilqətə,Boş keçən günlərə peşmanam indi.
Ustad Səməd
Kan fanidir pakı -xaki -zəmdi bu,Eyni matəm cismi atəş dəmdi bu,Nemət marlı, mürvət qanlı, qəmdi bu.Dəsti – paysız, cismi -rüyanam indi.
Aşıq Valeh
Valeh, zikr eylə, kalam- dinə bax,Qoyma ömür hədər keçə, günə bax,Mehriban ol, nə kədər, nə kinə bax,Beş günlük faniyə mehmanam indi.
Ustad Səməd
Mən Səmədəm, dildə candı gövhərim,Elmin kalamından dolubdur sərim,Arifə dərindir dayaz sözlərim,Kəramət bəhrinə giryanam indi.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-ustad-semed-ile-asiq-valehin-2-ci-deyismesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,Yığılıb boykot edirlər Ufa alimlərini.
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Nə bilsinAy üstə, gün üstə söyləyən aşıq,Türkünü bilməyən, farsı nə bilsin.
مرا هرگه که پندی میدهد با چشم تر ناصِحنهال محنتم را میدهد آب دگر ناصح